Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı Qran-Prisinin baş tutacağı tarix təstiqləndi

Bakı Qran-Prisinin baş tutacağı tarix təstiqləndi

Date: 3 December 2015 13:31

Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FİA) Avropa Qran-Prisinin keçirilmə vaxtının təstiqləyib.

ANS PRESS-in məlumatına görə, Bakı Qran Prisi iyun ayının 19-u keçiriləcək.

Bir müddət əvvəl isə, Gənclər və idman naziri Azad Rəhimov gələn ilin iyun ayının 19-u Bakıda keçiriləcək "Formula 1" (F-1) üzrə Avropa qranprisi ilə əlaqədər paytaxtda asfalt örtüyünün qalınlığı 8 sm-ə dəyişiləcəyini bildirib.

O həm də asfalt örtüyünün qalınlığının artırılması ilə bağli görülən işlərə görə yolların bağlı olması Bakı sakinlərinin narahatçılığına səbəb olacağını qeyd edib. Nazir asfalt örtüyünün qalınlığının dəyişdirilməsinin Beynəlxalq Avtomobil İdmanı Federasiyasının tələbi olduğunu söyləyib: "Bu Beynəlxalq Avtomobil İdmanı Federasiyasının tələbidir. Biz məcburuq və bu tələbi yerinə yetirəcəyik. Bəzi yerlərdə səkilər qısaldılacaq, bəzi yerlərdə isə işıq dirəklərinin yerləri dəyişəcək."


Həmçinin oxuyun:

Bakı lərzəyə gələcək - EKSKLÜZİV

Əbu-Dabidə Bakı Qran Prisinin təşviqatı baş tutdu (FOTO)

Bakıda avtomobillər saatda 340 km sürətlə idarə olunacaq – EKSKLÜZİV

Tags:  Bakı Qran-Prisinin baş tutacağı tarix təstiqləndi

RƏYLƏR


Top news