Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyaya 400 litr alkoqol aparan azərbaycanlı saxlanılıb

Rusiyaya 400 litr alkoqol aparan azərbaycanlı saxlanılıb

Date: 3 December 2015 13:36

Rusiyanın Sankt-Peterburq şəhərində etiraz edən uzaq məsafə sürücülərinin maşınından böyük həcmdə spirtli içki aşkarlanıb.

ANS PRESS-in məlumatına görə, Rusiyanın iqtisadiyyat polisi şəhərdəki iritonnajlı yük avtomobillərinin dayanacağında yoxlama aparıb.

Bu zaman maşınların birindən 5 litrlik şüşələ doldurulmuş 400 litr spirtli içki aşkarlanıb. Yük maşının azərbaycanlıya məxsus olduğu müəyyən edilib.

O, məhsulların daşınması üçün lazım olan sənədləri polisə təqdim etməyib və həmin məhsulların mənbəyini bildirə bilməyib. Bu səbəbdən polis spirtli içkiləri müsadirə edib, nümunələrini araşdırmaq üçün müvafiq qurumlara göndərib.



Uzaq məsafə sürücüləri dekabrın 1-də "Platon" sisteminə qarşı etiraz aksiyası keçiriblər. Onlar həmin sistemin ləğv edilməsini tələb edirdilər. Bu, sürücülərin sayca üçüncü aksiyası olub.

Etirazlar zamanı yük maşınlarından biri etirazçıların üstünə sürülüb. Faciəvi hadisə nəticəsində bir nəfər maşının təkərləri altında qalaraq ölüb, 3 nəfər yaralanıb.


"Platon"a qarşı aksiyada yaralanan sürücü


Yeni qanun bir çox sürücülər üçün problem yaradıb. Bəziləri dövlət yollarına toplanan ödənişlərə görə noyabr ayının ortalarından etibarən yolda qalıblar. Onlar maliyyə və digər səbəblərdən Moskvaya girə bilmirlər.

Noyabrın 15-dən qüvvəyə minən "Platon" sistemi zərər çəkən yolların bərpa edilməsi üçün sürücülərdən əlavə rüsumun ödənilməsini tələb edir. Həmin vəsait maksimal yükgötürmə icazəsi 12 tondan artıq olan nəqliyyat vasitələrinin yollara vurduğu zərərin aradan qaldırılmasına xərclənəcək.

Tags:  Rusiyaya 400 litr alkoqol aparan azərbaycanlı saxlanılıb

RƏYLƏR


Top news