Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Böyük Britaniya İŞİD qruplaşmasının 6 hədəfinə zərbə endirib

Böyük Britaniya İŞİD qruplaşmasının 6 hədəfinə zərbə endirib

Date: 3 December 2015 13:38


Bakı, 3 dekabr, AZƏRTAC
Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinə məxsus “Tornado” qırıcı təyyarələri Suriyanın şərqində İŞİD qruplaşmasının nəzarətində olan neft yatağındakı 6 hədəfə zərbə endirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hədəflər ABŞ-ın Qətərdə yerləşən mobil mənzil-qərargahı tərəfindən seçilib. Zərbələrin hədəfə lazerlə yönələn “Paveway IV” aviasiya bombaları ilə endirildiyi bildirilir.
Bir qədər əvvəl Böyük Britaniya parlamenti ölkənin Hərbi Hava Qüvvələri tərəfindən Suriyadakı İŞİD mövqelərinə zərbə endirilməsinə sanksiya verib. Dekabrın 2-də Britaniya parlamentinin İcmalar Palatasında keçirilən səsvermə zamanı 397 deputat baş nazir Devid Kemeronun İŞİD qruplaşmasına zərbə vurmaq təklifini dəstəkləyib, 223 deputat bunun əleyhinə çıxıb.
Bu qərardan iki saat sonra iki “Tornado” qırıcı təyyarəsi Suriya ərazisindəki hədəflərə zərbə vurmaq üçün Britaniyanın Kiprdə yerləşən “Akrotiri” aviabazasından havaya qalxıb.

Tags:  Böyük Britaniya İŞİD qruplaşmasının hədəfinə zərbə endirib


RƏYLƏR


Top news