Manat üçün son şans

Manat üçün son şans
13:42 3 Dekabr 2015
85 Digər
Ölkə mətbuatı
A- A+

"Hökumət təcili antiböhran proqramı hazırlamalıdır"

İqtisadçı ekspert Samir Əliyev manatın ikinci devalvasiyası ilə bağlı proqnozlarını açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, iqtisadçının sözlərinə görə, ABŞ iqtisadiyyatı ilə bağlı müsbət statistik məlumatlar və Avropa Mərkəzi Bankının kəmiyyət yumşaldılması proqramını genişləndirmək niyyəti dünya maliyyə bazarlarında dolların mövqeyini daha da gücləndirib: "Noyabrda dünya valyutası digər əsas valyutalara münasibətdə möhkəmlənməyə başladı. Bunun təsiri manata da çatdı. Ancaq digər valyutalardan fərqli olaraq manat yaşıl pula növbəti dəfə dirəniş göstərdi. Avroya geniş rəqs meydançası verən Mərkəzi Bank dolları absis oxuna paralellə hərəkət etdirdi.

Dolların manata olan rəsmi məzənnəsi 1.0491 - 1.0512 intervalında dəyişdi. Bahalaşma hər 100 dollara cəmi 21 qəpik oldu. Elə buna görə də valyuta ehtiyatlarının bir hissəsini sərf etməli oldu".

Onun sözlərinə görə, dünyada baş verənlərin təsiri olaraq noyabrda dollara tələbatın artması intervensiyanı gücləndirdi: "Təkcə bir həftədə Mərkəzi Bank 300 milyon dollardan çox intervensiya etmək məcburiyyətində qaldı. Bütün bunlar üçün valyuta ehtiyatına müraciət etməli oldu. Təsadüfi deyil ki, noyabr ayında Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 8,6% və ya 589 milyon dollar azalaraq 6,3 milyard dollara düşüb. Bu, son 5 ildə ən aşağı həddir. Sonuncu dəfə 2010-cu ilin noyabrda ehtiyatın həcmi bu səviyyədə (6.1 milyard dollar) olub. 2015-ci ilin 11 ayında isə valyuta ehtiyatı 55% azalıb. Halbuki ilin əvvəlində Mərkəzi Bank 13,6 milyard dollarlıq ehtiyata malik olub. Noyabr ayı ərzində Mərkəzi Bankın dolların rəsmi məzənnəsini hər gün cüzi artırması (hər 100 dollara 3-5 qəpik) cəmiyyətdə devalvasiya narahatçılığı yaratmışdı. Hətta bunu yumşaq devalvasiya kimi qiymətləndirənlər də oldu. Göründüyü kimi, nə yumşaq devalvasiya baş verdi, nə də hökumət elan etdiyi kimi üzən məzənnəyə keçid oldu. İl sona yetir. Hökumət manatı qorumaq və devalvasiya təzyiqlərini azaltmaq üçün müəyyən addımlar atmalı oldu. 2015-ci ilin dövlət büdcəsini ixtisar etməli oldu. Büdcə xərclərinin proqnozu 21 milyardan 17,7 milyard manata endirildi.

Əsas zərbə altında qalan Neft Fondundan dövlət büdcəsinə transferi 10,4 milyarddan 8,1 milyard manata endirdi. Eyni zamanda Neft Fondunun xaricdəki aktivlərinin bir hissəsini ölkəyə gətirməli oldu. Mərkəzi Bank isə bu il valyuta ehtiyatının yarıdan çoxunu qurban verməli oldu. Bütün bunlara rəğmən təzyiqlər nəinki səngimədi, hətta müəyyən zaman kəsiyində daha da gücləndi.

İndi hamını bir sual düşündürür: devalvasiya olacaqmı? Fikrimcə, bu, artıq müzakirə mövzusu deyil. Nə qədər çətin olsa da deməliyik ki, bu, qaçılmaz prosesdir. Sadəcə devalvasiyanın forması və zamanı sual doğurur. Bu gün devalvasiya ehtimalını gücləndirən amillər çoxdur. Əvvala, dekabrın 15-16-da FED-in iclasında uçot dərəcəsinin qaldırılması baş verərsə, dünya bazarlarında güclü ajiotaj yaranacaq və dollarlar bahalaşacaq. Onun təsiri Azərbaycana da çatacaq.

İkincisi, neftin qiyməti manatı saxlamaq üçün kifayət etmir. Hələki bahalaşma görünmür.

Üçüncüsü, Neft Fondunun bu il gəlirləri ən yaxşı halda 7 milyard manat civarında olacaq. Halbuki Fondun təkcə büdcə qarşısında öhdəliyi 8,1 milyard manatdır. Deməli, Fondda təxminən 2 milyard manata yaxın kəsir yaranacaq.

Dördüncüsü, ölkənin tədiyə balansında vəziyyət optimistlik vəd eləmir. Cari hesablar balansında cəmisi 63 milyon dollar profisit var. İdxal tam rəsmləşdirilsə, bunun, mənfi saldo olduğu açıq görünər.

Beşincisi, əsas xarici ticarət tərəfdaşlarının valyutasının ucuzlaşması ixracı stimullaşdırmağa problem yaradır.

Altıncısı, Mərkəzi Bankın ehtiyatları sürətlə əriyir və kritik həddə yaxınlaşır.

Ən nəhayət manat üçün hazırda ən böyük təhlükə ölkədən kapital axınıdır. Kapital axını növbəti illərdə əsas problem olaraq qalacaq".

Ekspert bildirib ki, ola bilsin, FED uçot dərəcəsini gələn ilə saxlasın və ya Neft Fondu kəsiri tam olaraq xarici aktivlər hesabına örtsün: "Ancaq bu çıxış yolu deyil. Çünki neftin əhəmiyyətli bahalaşması hələ ki gözlənilmir. Kapital axını isə davam edir. Manatı uzun müddət inzibati yolla saxlamaq mümkün olmayacaq. Ona görə də hökumət bu məsələyə devalvasiya prizmasında baxmamalıdır. Ümumi makroiqtisadi sabitliyin qorunması baxımından yanaşmalıdır. Bunun üçün hökumət təcili antiböhran proqramı hazırlamalıdır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ali məktəblərə qəbul planının neçə faizi dolub? - RƏSMİ AÇIQLAMA

16 Avqust 2017 17:29

Hava limanında güclü PARTLAYIŞ - FOTO

16 Avqust 2017 17:23

Xəzərin Corat qəsəbəsi hissəsində 1 nəfər batıb

16 Avqust 2017 17:22

DİM: Magistraturaya qəbul planı 82.58 faiz dolub

16 Avqust 2017 17:22

Azərbaycanda Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb

16 Avqust 2017 17:22

Röya konsert verdi

16 Avqust 2017 17:22

Bakıdan 10 min kilometr aralıda yaşayan azərbaycanlılar: "Təki narkotikdən, ağır cinayətlərdən uzaq olun, yanınızdayıq"

16 Avqust 2017 17:19

Coratda bir nəfər dənizdə batdı

16 Avqust 2017 17:14

Manatın sabaha olan MƏZƏNNƏSİ

16 Avqust 2017 17:13

Ana və iki azyaşlı övladı yandı - MASALLIDA

16 Avqust 2017 17:13

Sərhəd zastavasının xidməti ərazisində gizlədilən silah-sursat aşkarlanaraq götürülüb

16 Avqust 2017 17:12

Doğuşdan sonra ölən anaların sayı niyə artır?

16 Avqust 2017 17:10

Lavrov: “Şimali Koreyanın iqtisadi boğulmasını dəstəkləmirik”

16 Avqust 2017 17:08

İstanbulda terror aktı törətmək istəyən 5 nəfər tutulub

16 Avqust 2017 17:07

Prezident onları təltif etdi - SİYAHI

16 Avqust 2017 16:58

Məşhur aktrisanın bikinidə şəkilləri ORTAYA ÇIXDI - FOTO

16 Avqust 2017 16:58

DSX-nin bir qrup hərbi qulluqçusu və mülki işçisi orden, medal və fəxri adlarla təltif edilib

16 Avqust 2017 16:58

DSX-nın əməkdaşları təltif edildi - SİYAHI

16 Avqust 2017 16:54

Almaniya millisinin Azərbaycan yığmasına iki qol vuran futbolçusu sıradan çıxıb

16 Avqust 2017 16:52

Londonda hava limanında partlayış

16 Avqust 2017 16:49

Silahlı qruplaşmalar arasında qarşıdurma

16 Avqust 2017 16:47

Kopenhagendə bizi nə gözləyir? - ŞƏRHÇİLƏR DANIŞIR

16 Avqust 2017 16:43

Cəbhədə yanğınlar səngimək bilmir

16 Avqust 2017 16:42

Trampdan Rusiyanın qonşularına SÜRPRİZ

16 Avqust 2017 16:38

Azərbaycanda banklararası valyuta kreditləri bahalaşıb

16 Avqust 2017 16:37

“Samsung” daxili alkotesterə malik ilk smartfon hazırlayır

16 Avqust 2017 16:35

Bakıda inanılmaz olay: hamının gözü qarşısında özünü...

16 Avqust 2017 16:34

Prezident İlham Əliyev yeni sərəncam imzaladı

16 Avqust 2017 16:33

Bakı ehtiyatda olan veteran və zabitlərin regional mərkəzi olacaq

16 Avqust 2017 16:29

İstanbul qana boyanacaqdı - İŞİD-in PLANI

16 Avqust 2017 16:28

Prezident İlham Əliyev DSX-nin bir qrup hərbi qulluqçusu və mülki işçisini təltif edib

16 Avqust 2017 16:27

DSX-nin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adlar verilib

16 Avqust 2017 16:27

Novruzun durumuna aydınlıq gəldi

16 Avqust 2017 16:27

Sərdar Ortaç Manafın mahnısı paylaşıdı: “Bir çoxları ağız büzür”

16 Avqust 2017 16:24

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə nəql 6% artıb

16 Avqust 2017 16:22

Bakı bulvarında dəhşətli hadisə

16 Avqust 2017 16:20

Rihanna haqqında ŞOK FAKTLAR – “Ağzı qanlı-qanlı üzümə tüpürdü”

16 Avqust 2017 16:18

Binəqədi, Mehdiabad və Novxanıda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına dörd milyon manat ayrılıb

16 Avqust 2017 16:17

Məmmədov ÇL-in pley-off matçına təyinat aldı

16 Avqust 2017 16:17

Prezident "Azərsu"ya 4 milyon manat ayırdı

16 Avqust 2017 16:13

Useyn Bolt “Mançester Yunayted”in heyətində “Barselona”ya qarşı oynaya bilər

16 Avqust 2017 16:12

Ana hər kəsin gözü önündə oğluna kəllə atdı

16 Avqust 2017 16:10

“Öz meydanımızda “Qarabağ”a qalib gələcəyik” - Uroş Matiç

16 Avqust 2017 16:09

Obama tvitter tarixində ilkə imza atdı - 3.1 milyon...

16 Avqust 2017 16:08

AMEA-nın alimləri Xəzərin Xərə Zirə adasında elmi tədqiqatlar aparıblar

16 Avqust 2017 16:07

Məşhur ŞOUMEN

16 Avqust 2017 16:00

Dil qüsuru olan TV aparıcıları - Onları siz də TANIYIN

16 Avqust 2017 15:58

"Qarabağ"ın zəfəri Türkiyə televiziyasında müzakirə olundu - VİDEO

16 Avqust 2017 15:57

“Müğənni qızı evinə gəlin gətirən bilir ki..." - Samiradan maraqlı açıqlamalar

16 Avqust 2017 15:54

Hava limanında partlayış

16 Avqust 2017 15:50