Millimiz İngiltərəyə rəqib oldu

Millimiz İngiltərəyə rəqib oldu
13:47 3 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

17 yaşadək futbolçular arasında Avropa çempionatının növbəti mövsümünün püşkü atılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, final mərhələsi Xorvatiyada keçiriləcək Avro-2017-nin seçmə mərhələsində 52 komanda mübarizə aparacaq.

İştirakçılar hərəsində 4 komanda olmaqla, 13 qrupa bölünüblər.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticələrinə görə, Azərbaycan yığması VI qrupda yer alıb. Millimiz İngiltərə, Avstriya və Rumıniya komandaları ilə bir qrupda mübarizə aparacaq.

Bu mərhələnin oyunları gələn ilin noyabrın 20-nə qədər keçiriləcək. Yığmamızın yer aldığı qrupun meydan sahibi Rumıniya olacaq. Bu qrupun oyunları oktyabrın 25-də, 27-də və 30-da keçiriləcək. Əsasnaməyə görə, hər qrupda ilk 2 yer tutan komanda, həmçinin 5 ən yaxşı 3-cü yerin sahibi elit-raunda yüksələcək.

Bu komandalar, həmçinin Almaniya 2017-ci ilin yazında final mərhələsinə vəsiqələr uğrunda mübarizəni davam etdirəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR