"Qarabağ"ın futbolçusu: "Əsas odu ki, qələbə qazana bildik"

"Qarabağ"ın futbolçusu: "Əsas odu ki, qələbə qazana bildik"
13:57 3 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

"Oyuna istədiyimiz kimi başlaya bilmədik. Rəqib komanda da bundan istifadə edib ilk hissədə kəsərli hücumlar təşkil etdi. Amma sonda mərhələ adlayan tərəf biz olduq. “Şəmkir”in də haqqını vermək lazımdı. Çox gözəl oyun sərgilədilər". Fanat.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Vladimir Dimitrovski Azərbaycan K1/8 finalında “Şəmkir”ə qalib gəldikləri oyundan (2:0) sonra deyib.

Makedoniyalı futbolçu ikinci yarıda üstünlüyü ələ aldıqlarını bildirib: "Baş məşqçimiz fasilədə tapşırıqlarını verdi və ikinci hissədə üstünlüyü ələ ala bildik. Əsas odu ki, qələbə qazana bildik. Düşünürəm ki, bu qələbəyə də layiq idik. İstənilən halda bütün klublarda  aşağı liqa təmsilçisinə qarşı motivasiya ilə bağlı problemlər olur. Amma bəzi futbolçularda yorğunluq da var idi".

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotn-futbolcusu-quotsas-odu-ki-qlb-qazana-bildikquot-t45900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR