Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Dünya Bankı Bakı-Şamaxı avtomobil yolunun inşasına əlavə vəsait ayıra bilər

​Dünya Bankı Bakı-Şamaxı avtomobil yolunun inşasına əlavə vəsait ayıra bilər

Date: 3 December 2015 13:57

Bakı. 3 dekabr. REPORT.AZ/ Dünya Bankının (WB) 3-cü magistral avtomobil yolları üçün əlavə maliyyələşdirmənin hazırlanması missiyasının Azərbaycana səfəri başlayıb. "Report"un WB-nin Bakı ofisindən əldə etdiyi məlumata görə, missiyaya Elizabet Vanq (Elizabeth Wang) rəhbərlik edir.
Missiyanın Bakı-Şamaxı yolunun tikintisinə əlavə vəsaitin ayrılması ilə əlaqədar danışıqlar aparmaq üçün Nəqliyyat Nazirliyi, "Azəryolservis" ASC və başqa dövlət qurumları ilə görüşlər keçirəcəyi deyilir.
Qeyd edək ki, adıçəkilən missiya bu həftənin sonu kimi Azərbaycanda olacaq.

Tags:  Dünya Bankı Bakı-Şamaxı avtomobil yolunun inşasına əlavə vəsait ayıra bilər

RƏYLƏR


Top news