Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"AccessBank" "The Banker" tərəfindən ilin ən yaxşı bankı elan edilib (FT qrupu)

"AccessBank" "The Banker" tərəfindən ilin ən yaxşı bankı elan edilib (FT qrupu)

“Young Banker School” relaunched at UNEC (18 November 2016 16:46)

Date: 3 December 2015 13:58

Bakı. Trend:

"Financial Times Ltd." qrupuna aid və ən nüfüzlü beynəlxalq maliyyə nəşrlərdən biri olan "The Banker" 2 dekabrda Londonda keçirilən təltifat mərasimində "AccessBank"-ı «Azərbaycanda İlin ən yaxşı Bankı» nominasiyasında mükafatlandırıb. Artıq üçüncü dəfədir ki, Bank son beş il ərzində bu ali mükafata layiq görülür.

«The Banker kimi nüfuzlu və mötəbər təşkilatdan yüksək mükafata layiq görülmək bizi çox sevindirir. Bu təltifat, daim müştərilərinə yüksək keyfiyyətli xidmətlər təqdim etməyə çalışan bütün AccessBank komandasının öz işinə olan sadiqliyinin və gərgin əməyinin göstəricisidir», -" AccessBank"-ın İdarə Heyyətinin Sədri Michael Hoffmann qeyd edib.

"AccessBank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank Azərbaycanda aparıcı bank olaraq tam çeşidli xidmətlər təklif edir, ölkə üzrə geniş filiallar şəbəkəsinə malik olan Bankda 2000-dən artıq əməkdaş çalışır. FitchRatings agentliyi AccessBank-ı Azərbaycan bankları arasında ən yüksək reytinq hesab edilən BBB- dərəcəsi ilə qiymətləndirib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  AccessBank The Banker tərəfindən ilin bankı elan edilib FT qrupu


RƏYLƏR


Top news