Ötən ay Azərbaycan ərazisində 125 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib

14:02 3 Dekabr 2015
16 Sosial
Ölkə mətbuatı
A- A+

ANAMA-dan "Report"a verilən xəbərə görə, noyabrda ölkə ərazisində 125 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.
Məlumata görə, əməliyyatlarda 488 nəfər minaaxtaran mütəxəssis və 112 nəfər yardımçı heyət iştirak edib. Həmçinin əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it cəlb olunub. 
Qurumdan bildirilib ki, indiyədək cəmi 314,455,648 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713,895-dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağstafa, Beyləqan, Füzuli, Gəncə, Göygöl, Xocavənd, Qazax, Abşeron, Samux və Tərtər rayonlarında davam etdirilir.


2015-ci ilin noyabr ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.



Xəbərin orijinal ünvanı: http://report.az/hadise/oten-ay-azerbaycan-erazisinde-125-eded-mina-ve-phs-askar-edilerek-zerersizlesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR