Dövlət Sərhəd Xidməti: "Hamı sayıq olmalıdır"

Dövlət Sərhəd Xidməti: "Hamı sayıq olmalıdır"
14:05 3 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin Akade­miyasında "Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə" mövzusunda seminar keçirilib.

Dövlət Sərhəd Xidmətindən Trend-ə daxil olan məlumata görə, Akademiyanın rəisi general-mayor Araz Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov seminarda dini radikalizm və onun fəsadları barədə çıxış ediblər. Bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətləri, vətəndaş­la­rı­mızı xaricdə fəaliy­yət göstərən dini ekstre­mist qrupların və onların silahlı dəstələri­nin tərkibinə qoşmaq cəhdləri qətiyyətlə pislənmiş, bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri haqqında geniş məlumat verilib.

Tədbirdə prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu milli siyasət nəticəsində ölkəmizdə müxtə­lif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqları, respublikamızın tolerantlıq və multi­kul­tu­­ralizm nümunəsinə çevrildiyi xüsusilə qeyd olunub.

Seminarda müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilib, dini amillərdən yararlanaraq radi­kal­­lı­ğa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstər­mə­sinin zəruriliyi vurğu­lanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR