Türkiyənin baş naziri Azərbaycana gəlib

Türkiyənin baş naziri Azərbaycana gəlib
14:07 3 Dekabr 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycana səfərə gəlib.
"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Ə.Davudoğlunu ölkə rəsmiləri, eləcə də Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun qarşılayıb.
Səfər zamanı Türkiyənin baş nazirinin Prezident İlham Əliyev, baş nazir Artur Rasi-zadə ilə görüşəcəyi və "ADA" Universitetində mühazirə ilə çıxış edəcəyi gözlənilir.
Görüşlərdə ikitərəfli əməkdaşlıq, eləcə də gündəlikdə dayanan regional və qlobal məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, bu, Türkiyədə yeni hökumətin təsdiqindən sonra Ə.Davudoğlunun ilk rəsmi səfəridir.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/turkiyenin-bas-naziri-azerbaycana-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR