Mənzillərdə detektorlar quraşdırılacaq

Mənzillərdə detektorlar quraşdırılacaq
14:12 3 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

Bundan sonra mənzillərdə dəm qazı sızmalarını aşkar edən detektorlar quraşdırılacaq.

Bunu Trend-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin baş məsləhətçisi Eldar Əhmədov deyib. Onun sözlərinə görə, cihazlar yalnız yeni çəkilən qaz xətlərində tətbiq olunacaq. E.Əhmədov qeyd edib ki, mövcud qaz xətlərində isə yeni cihazların tətbiqi üçün vətəndaşlar da maraqlı olmalıdır: "Artıq bir qayda olaraq bundan sonra yeni çəkilən qaz xətlərində mütləq detektorlar da quraşdırılacaq. Amma buna baxmayaraq, vətəndaşlar müraciət etdiyi təqdirdə köhnə xətlərdə də detektorlar quraşdırıla bilər. Hesab edirəm ki, cihazların quraşdırılması insanları dəm qazı sızmalarından xeyli siğortalayacaq. Ona görə də hər kəs bu cihazlardan mənzillərində istifadə etməlidir".

Qurum rəsmisi sözügedən cihazların konkret quraşdırılmasına nə vaxt başlanacağı barədə məlumatlı olmadığını desə də qeyd edib ki, hazırda bu istiqamətdə işlər gedir: "Mövcud qanunvericilikdə bu məsələ ilə bağlı dəyişiklik edilib və cihazların tətbiqi şərt kimi irəli sürülüb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR