Türkiyəli aktyor: Azərbaycanın kino, teatr və opera sahəsində nailiyyətləri böyükdür

Türkiyəli aktyor: Azərbaycanın kino, teatr və opera sahəsində nailiyyətləri böyükdür
14:13 3 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


İstanbul, 3 dekabr, AZƏRTAC
Kino, teatr və opera bir-birindən ayrılmayan sahələrdir. Azərbaycanın bu sahədəki nailiyyətləri böyükdür.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyən görkəmli türkiyəli aktyor Tamer Levent hesab edir ki, sənət mədəniyyətindəki yüksəliş cəmiyyətin inkişafında mühüm bir element olaraq həmişə diqqətdə saxlanılmalıdır. Azərbaycan ilə Türkiyə arasında bu sahəyə aid əməkdaşlığın əhəmiyyətindən danışan aktyor deyib: “Zaman-zaman böyük Niyazinin əsərlərini sevə-sevə dinləyib onlardan bəhrələnmişik. O cümlədən dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası bütün dövrlərdə Türkiyədə böyük tamaşaçı məhəbbəti ilə qarşılanıb”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı sosial-iqtisadi dirçəlişi yüksək qiymətləndirən T.Levent deyib: “Bakı hər bir türkiyəli üçün əziz şəhərlərdəndir. Azərbaycan paytaxtının bu qədər sürətlə gözəlləşməsi və inkişafı hamımızı sevindirir. İftixar edirik ki, indi Bakını Qafqazın Parisi adlandırırlar”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiyeli_aktyor_Azerbaycanin_kino_teatr_ve_opera_sahesinde_nailiyyetleri_boyukdur-907845

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR