Milli Qəhrəman Əlif Hacıyevə həsr olunmuş sənədli filmin təqdimatı olacaq

Milli Qəhrəman Əlif Hacıyevə həsr olunmuş sənədli filmin təqdimatı olacaq
14:18 3 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 4-də Nizami Kino Mərkəzində Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə rejissor Könül Kərimovanın quruluşunda Milli Qəhrəman Əlif Hacıyevə həsr olunmuş “Azərbaycanlı olmaq böyük şərəfdir” adlı sənədli filmin təqdimatı keçiriləcək.
Bu barədə AZƏRTAC-a Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsindən bildirilib. “Milli qəhrəmanlar” sənədli filmlər həftəsi çərçivəsində keçirilən belə tədbirlərin əsas məqsədi, zaman-zaman vətənə xidmət etmiş, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış mərd oğul və qızlarımızın vətənpərvərliyini, onların indiki və gələcək nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etmək, o cümlədən torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının xalqımıza daha da yaxından tanıdılması, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi əzmini yaratmaqdan ibarətdir.
Qeyd edək ki, Əlif Hacıyev 1953-cü ildə Xocalı şəhərində anadan olub. Şərəfli və zəngin döyüş yolu keçən Milli Qəhrəmanımızın əzmkarlığı nəticəsində Xocalı aeroportu erməni millətçilərinin nəzarətindən tamamilə çıxıb. 1992-ci il fevralın 25-də Xocalıda misilsiz rəşadət göstərərək qəhrəmancasına həlak olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Qehreman_Alif_Haciyeve_hesr_olunmus_senedli_filmin_teqdimati_olacaq-907850

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR