Aİ-nin diplomatiyasının rəhbəri: "Dağlıq Qarabağ münaqişəsinin uzadılmasında heç bir fayda yoxdur"

Aİ-nin diplomatiyasının rəhbəri: "Dağlıq Qarabağ münaqişəsinin uzadılmasında heç bir fayda yoxdur"
14:22 3 Dekabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ "Avropa İttifaqı ATƏT məkanında həll olunmamış münaqişələrin olmasına, o cümlədən Dnestryanı ərazilərdə və Gürcüstandakı münaqişələrə, Dağlıq Qarabağda gərginliyin artmasına görə narahatdır".
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ATƏT Nazirlər Şurasının 22-ci iclasında çıxışı zamanı deyib.
"Bu münaqişələrin uzadılmasında heç bir fayda yoxdur. Aİ bu münaqişələrin həlli prosesində fəal iştirakını davam etdirəcək", - F.Moqerini bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/ai-nin-diplomatiyasinin-rehberi-dagliq-qarabag-munaqisesinin-uzadilmasinda-hec-bir-fayda-yoxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR