Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda ilk dəfə "IE Venture Day" müsabiqəsi keçirilib

Azərbaycanda ilk dəfə "IE Venture Day" müsabiqəsi keçirilib

Date: 3 December 2015 14:22

Bakı. 3 dekabr. REPORT.AZ/ Dünyanın 35 şəhərində təşkil olunan "IE Venture Day" müsabiqəsi bu gün ilk dəfə olaraq Azərbaycan Yüksək Texnologiyalar Parkının dəstəyi ilə Bakıda keçirilib. "Report" xəbər verir ki, "IE Venture Day Baku" – perspektivli "start-up"ların, təcrübəli sahibkarların və investorların ünsiyyət qurması, o cümlədən hər kəsin özü üçün yeni əlaqələr qurub biznesini inkişaf etdirə bilməsi üçün unikal platforma hesab olunur. “IE Venture Day Baku” müsabiqəsinin münsiflər heyəti tərəfindən uzun müzakirələrdən sonra potensial investorlar qarşısında öz layihələrini təqdim edəcək ən güclü 10 "start-up" komandası seçilib. Onlardan 5-i Azərbaycandandır. Komandalar “Venture Day Madrid” müsabiqəsində 10 finalçıdan biri qismində çıxış etmək (bütün xərclər ödənilməklə), “IE Business School” 100%-lik təqaüdün ayrılması və tərəfdaşlardan birində 3 aylıq inkubasiya dövrü, o cümlədən “IE Venture Lab” tərəfindən mentorluq və s. mükafatlar uğrunda mübarizə aparacaq.
Müsabiqədən əlavə, tədbirin proqramında həmçinin dünyanın top-spikerlərindən ibarət, proqramlaşdırılmış təfəkkür və İKT-də qadınların rolundan başlayaraq innovasiyalar və meqatrendlər kimi müxtəlif mövzuları əhatə edən biznes-konfransın keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, tədbirdə "Code for America" şirkətinin "Products & Startups" layihəsinin müdiri Leyn Beker "İnternet və mobil texnologiyalar. Silikon Vadisindən baxış" adlı təqdimatla, "Wayra" şirkətinin direktoru Qeri Stüart "İnnovasiyaları necə inkişaf etdirmək olar?"  adlı təqdimatla və "Design Thinking BG"-nin qurucusu Elina Jeleva "Dizayn-düşüncə" adlı təqdimatla çıxış ediblər.
Vençur günlərinin təşkilatçısı “Financial Times” jurnalının məlumatına əsasən, Avropanın birnömrəli biznes məktəbi “IE Business School” 2013-cü ildən bu günə qədər Vençur günlərində 20 mln. avrodan çox investisiya cəlb edib.
Qeyd edək ki, müsabiqənin finalçıları “SPROSIDOKTORA” (Rusiya-Belarus), “OFFERBEE” (Azərbaycan ), “NOOB” (Azərbaycan ), “HEALTHBOOK” (Azərbaycan), “PAWER” (İspaniya), “UNIEXO” (Ukrayna ), “CREADY” (Azərbaycan ), “APPOL” (Azərbaycan), “PAYMENT FIREWALL” (Belarus) və “ES WERING” (İsrail) "start-up" layihələridir.

Tags:  Azərbaycanda ilk dəfə IE Venture Day müsabiqəsi keçirilib


RƏYLƏR


Top news