Rotary Xeyriyyə Bazarı keçiriləcək

Rotary Xeyriyyə Bazarı keçiriləcək
14:27 3 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Park Bulvar və Park İnn Hotel Radisson-un sponsorluğu və Azernews qəzeti, Trend xəbər agentliyi, Day.Az, Milli.Az saytlarının media dəstəyi ilə Bakının "Rotary" və "Rotaract" klubları yenidən Rotary Xeyriyyə Bazarının keçirilməsi üçün bir araya gəlirlər.

Rotary xeyriyyə bazarı, 6 dekabr tarixində, saat 10.00-18.00 arası, Park Bulvar ticarət mərkəzinin birinci mərtəbəsində təşkil olunacaqdır.

Giriş pulsuzdur, amma arzu edən kəslər ianə verə bilərlər.

Uşaqlar öz Milad arzularını Santa-Klausun poçt qutusuna ata bilər və onunla şəkil çəkdirə bilərlər. "Yalnız uşaqlar üçün" adlı xüsusi əyləncəyə şirniyyatlar və bəzək əşyalarının rənglənməsi, müvəqqəti tatuajlar, üzə rəsmçəkmə və həmçinin hədiyyəli oyunlar daxildir.

Orta yaşlı qonaqlar isə yerli sənətkarların stendlərindən alış-veriş edə və inanılmaz mükafatlar qazanmaq üçün lotereyada iştirak edə bilərlər. Santa-Klaus həmçinin onları da şəkil çəkdirməyə dəvət edir.

"Rotary" və "Rotaract" klubları özlərinin Bakıda təşkil etdikləri xeyir işləri barədə məlumatları paylaşmaq üçün müxtəlif Xeyriyyə Təşkilatlarını tədbirdə iştiraka dəvət etmişlər.

Rotary-nin bütün gəlir vəsaitləri ilə olduğu kimi, Rotary Xeyriyyə Bazarının vəsaitlərinin 100%-i tamamilə xeyriyyə layihələrinə sərf olunur. Xeyriyyə vəsaitlərinin yığımından əlavə, Bazar-ın məqsədi cəmiyyətə və insanlara qarşı xoş niyyət göstərməyə xidmət edən təşkilatları maarifləndirməyə hədəflənmişdir.

Rotary Klubları könüllülük, xidmət, dostluq, şəxsi inkişaf və əyləncə üzərində qurulmuşdur. 6 dekabr tarixində gəlin, bizimlə görüşün, alış-veriş edin və bayram ab-havasını hiss edin!

Əlavə məlumat və ya bu ildə bir dəfə keçirilən xeyriyyə tədbirinin sponsor kimi tərəfdaşı olmaq istəyirsinizsə, rotaryclub_bakuinternational@yahoo.com e-mail vasitəsilə biz yazın.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/387296.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR