SOCAR noyabrda 5 min 402 metr qazma işi həyata keçirib

SOCAR noyabrda 5 min 402 metr qazma işi həyata keçirib
14:33 3 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Noyabrda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 5 min 402 metr qazma işi həyata keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub. Bu ilin yanvar-noyabr aylarında SOCAR üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 97 min 725 metr qazma işi görülüb ki, bunun da 96 min 725 metri istismara, qalanı isə kəşfiyyata aiddir.
Noyabrda qazmadan alınan 4, ilin əvvəlindən isə 63 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_noyabrda_5_min_402_metr_qazma_isi_heyata_kechirib-907855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR