Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycana rəsmi səfərə gəlib (FOTO)

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
14:38 3 Dekabr 2015
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Türkiyənin Baş naziri Əhməd Davudoğlu bu gün Azərbaycana rəsmi səfərə gəlib.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyənin Baş naziri Ə.Davudoğlunu və xanımı Sara Davudoğlunu hava limanında Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2464636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR