“AccessBank” “İlin ən yaxşı bankı” adına layiq görülüb

“AccessBank” “İlin ən yaxşı bankı” adına layiq görülüb
14:38 3 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC 
“The Banker” üçüncü dəfə “AccessBank”ı Azərbaycanda “İlin ən yaxşı bankı” adına layiq görüb.
Bankdan AZƏRTAC-a bildirilib ki, “Financial Times Ltd.” qrupuna aid və ən nüfuzlu beynəlxalq maliyyə nəşrlərdən biri olan “The Banker” dekabrın 2-də Londonda keçirilən təqdimat mərasimində “AccessBank”ı “Azərbaycanda ilin ən yaxşı bankı” nominasiyasında mükafatlandırıb. Son beş il ərzində bank artıq üçüncü dəfədir ki, bu ali mükafata layiq görülür.
“The Banker” kimi nüfuzlu və mötəbər təşkilatdan yüksək mükafata layiq görülmək bizi çox sevindirir. Bu təltif daim müştərilərinə yüksək keyfiyyətli xidmətlər təqdim etməyə çalışan bütün “AccessBank” komandasının öz işinə olan sadiqliyinin və gərgin əməyinin göstəricisidir”, - deyə bankın idarə heyətinin sədri Michael Hoffmann qeyd edib.
Xatırladaq ki, “AccessBank” 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və “AccessHoldinq” tərəfindən yaradılıb. “AccessBank” Azərbaycanda aparıcı bank olaraq tam çeşidli xidmətlər təklif edir, ölkə üzrə geniş filiallar şəbəkəsinə malik olan Bankda 2000-dən artıq əməkdaş çalışır. FitchRatings agentliyi “AccessBank”ı Azərbaycan bankları arasında ən yüksək reytinq hesab edilən BBB- dərəcəsi ilə qiymətləndirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AccessBank_Ilin_en_yaxsi_banki_adina_layiq_gorulub-907861

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR