Bakıda III Regional İnternet İdarəçilik Forumu keçirilir

14:43 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakıda Azərbaycan və Latviya XİN başçılarının görüşü keçirilir (13 Fevral 2017 17:17)
Bakıda Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü keçirilir (13 Fevral 2017 11:57)

Bakı. Trend:

“Bakutel 2015” XXI Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransı çərçivəsində dekabrın 3-də Bakıda “İKT innovasiyalarının regional inkişaf mühitinin yaradılması” mövzusunda III Regional İnternet İdarəçilik Forumu (RİİF) işə başlayıb. Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, BMT-nin İnkişaf Proqramının (UNDP) və “ADA” Universitetinin təşkilatçılığı ilə keçirilən və iki gün davam edəcək forumun rəsmi tərəfdaşları isə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti (UNDESA) və İnternet İdarəçilik Forumudur (IGF).

Trend-in məlumatına görə, forumun rəsmi açılışında “ADA” Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı, elmlər doktoru Muhammadu Kah forumun informasiya kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafı üçün əhəmiyyətindən danışıb. Bildirib ki, yeni texnologiyaların işlənib hazırlanması yüksək fəaliyyət tələb edir və davamlı inkişafın təminində əsas rol oynayır: “Regionda yeni İKT iqtisadiyyatının yaradılmasına ehtiyac var. Keçirilən forum bu işin daha da təkmilləşdirilməsinə öz töhfəsini verən platforma olacaq. Bununla da, İKT və innovasiyalı iqtisadiyyat qurulacaq, tələbələrin yeni startaplar və İKT innovasiyaları yaratmalarına stimul verəcək. Nəticədə isə yüksək ixtisaslı gənclərə və kadrlara olan tələbatın təmin edilməsi mümkün olacaq”.

“ADA” Universitetinin bu ekosistemə dəstək verdiyini deyən Muhammadu Kah bildirib ki, universitet bu sahədə fəaliyyət göstərən qurumlarla əməkdaşlıq edir. O deyib: “ADA” Universitetində informasiya texnologiyaları sahəsi üzrə 4 proqram icra olunur. III Regional İnternet İdarəçilik Forumu isə rəqəmsal iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək”.

“ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev tədbirin universitet üçün əhəmiyyətini qeyd edərək deyib: “Çox şadıq ki, III Regional İnternet İdarəçilik Forumu “ADA” Universitetində keçirilir və bu bizim üçün çox vacibdir. Əminik ki, bu forum universitetin İKT fakültəsinin tələbələri üçün əhəmiyyətli olacaq. Çünki informasiya texnologiyaları gənc nəslin həyatının bir hissəsidir. Əsas məsələ isə gənclərin bu imkanlardan necə faydalanmasıdır”.

BMT ilə “ADA” Universitetinin müxtəlif sahələrdə əməkdaşlıq etdiyini deyən Hafiz Paşayev bildirib ki, İKT sahəsi universitet üçün prioritetdir: “Enerji iqtisadiyyatının şaxələndirilməsi üçün bu forum mühüm rol oynayacaq. Çünki informasiya texnologiyalarının inkişafı və onun iqtisadiyyatda tətbiqi çox əhəmiyyətlidir”.

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin internet, idarəçilik forumu katibliyi layihəsinin rəhbəri Nəriman Hacıyev qeyd edib ki, forumun keçirilməsində məqsəd daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir. Həmçinin, forum regional İKT inkişafının mərkəzi olan Azərbaycanın yerli iştirakçılarının beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədəki problemlərin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün platformadır.

Azərbaycanda diplomatik fəaliyyəti başa çatan BMT-nin rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Broek deyib: “Azərbaycan İKT sahəsində BMT-nin siyahısında yüksək pillədə qərarlaşıb. Biz təklif edirik ki, digər ölkələr Azərbaycanın bu sahədəki qazandığı təcrübədən bəhrələnsin və istifadə etsin. BMT bu sahənin daha da inkişaf etdirilməsi üçün Azərbaycana daim dəstək olacaq”.

Son illər Azərbaycanda İKT sektorunun inkişafı üçün mühüm addımların atıldığını deyən A.Broek qeyd edib ki, bunun nəticəsində də Azərbaycan İKT sahəsində öz sözünü deyən ölkəyə çevrilib.

Forumun informasiya texnologiyalarının inkişafına mühüm töhfələr verəcəyini deyən BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin (UNDESA) idarəetmə və ictimai administrasiya üzrə baş mütəxəssisi Vyaçeslav Çerkasov qeyd edib: “İKT sahəsinin inkişafı bu günün ən aktual məsələlərindəndir. Müxtəlif qurumlar və şirkətlər isə bu sahənin daha da təkmilləşdirilməsi üçün mühüm layihələr reallaşdırırlar. Çünki müasir dövr və qloballaşan dünya bunu tələb edir”.

Forum çərçivəsində “Təhsilin texnologiyalar vasitəsilə transformasiyası”, “Məxfilik və innovasiya üçün kiber-təhlükəsizlik – regional kiber-təhlükəsizlik alyansları təşəbbüsləri”, “Texnologiyanın gələcəyi 2016-2020 - proqnozlar nələrdən xəbər verir”, “Ağıllı cəmiyyət strategiyası - hökumətlər İKT-dən yeni cəmiyyətin yaradılmasında istifadə edirlər”, “Sosial media və paylaşma iqtisadiyyatı” və “İqtisadi şəxələndirilmənin İKT innovasiyalar mühitinə təsiri” kimi mövzular müzakirə olunur. Tədbirdə 250 nəfərdən çox Azərbaycan və digər ölkələrin hökumət, biznes və diplomatik nümayəndələri, elm və vətəndaş cəmiyyəti sahələrinin mütəxəssisləri internetlə bağlı aktual problemləri müzakirə etmək üçün toplaşıblar. Ötən illərdə olduğu kimi, builki forumda da BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası, Ümumdünya İnternet Korporasiyası (ICANN) və digər beynəlxalq qurumların nümayəndələri iştirak edirlər. Tədbirin sponsoru “Nar” şirkətidir.

Qeyd edək ki, Regional İnternet İdarəçilik Forumu 2012-ci ildə Bakıda təşkil edilmiş 7-ci İnternet İdarəçilik Forumu ərəfəsində yaranıb və hər il keçirilir. Tədbirə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti, BMT-nin İnternet İdarəçilik Forumu üzrə Cenevrə Katibliyi dəstək verir.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Həqiqət ortaya çıxdı - Tapılan tabutdakı rus generalıdır? - FOTO

26 Aprel 2017 19:42

Hitler ordusu tərəfindən qarət edilmiş XƏZİNƏ TAPILDI - VİDEO

26 Aprel 2017 19:42

“Real”dan 100 milyonluq təklif

26 Aprel 2017 19:39

İslamiadanın açılış mərasimi V yarış gününə təsadüf edəcək

26 Aprel 2017 19:37

Külək libasını qaldırdı, yağış isə islatdı - FOTO

26 Aprel 2017 19:37

İspaniya Futbol Liqasının prezidenti: "Messinin 3-cü qolu əhvalımı lap korladı"

26 Aprel 2017 19:32

Azərbaycanlı aparıcı toyda elə geyindi ki... - FOTO

26 Aprel 2017 19:27

Neft hasilatçısı olan ölkələrdə iqtisadi artım maliyyə sabitliyinə qurban veriləcək

26 Aprel 2017 19:27

"Fransa Minsk Qrupunun həmsədr ölkəsi kimi öhdəliklərinə sadiqdir"

26 Aprel 2017 19:22

Lerikdə qar kənd təsərrüfatına ciddi ziyan vurub

26 Aprel 2017 19:22

Mərc oyunlarına proqnoz verən futbolçuya 18 aylıq cəza

26 Aprel 2017 19:17

Seçki öncəsi ŞOK! -

26 Aprel 2017 19:17

Evlilik proqramındakı qızı qaçırtdılar? - FOTO

26 Aprel 2017 19:12

Xarici İşlər Nazirliyində Azərbaycan və Fransa arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib

26 Aprel 2017 19:07

Abituriyentlərdən BİABIRÇI NƏTİCƏ - 55,4 faizi 200-dən az bal topladı

26 Aprel 2017 19:05

Antarktidadakı donmayan “Qanlı şəlalə”nin SİRRİ

26 Aprel 2017 19:03

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi beynəlxalq müdafiə sərgisində iştirak edib

26 Aprel 2017 19:02

Şəkidə “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans təşkil olunub

26 Aprel 2017 19:02

İlham Əliyev Niderland Kralı və CAR prezidentini təbrik etdi

26 Aprel 2017 18:59

Beynəlxalq Muğam Mərkəzində "Baku Brass" ansamblının konserti - FOTO

26 Aprel 2017 18:57

Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər HƏBSDƏ QALDI

26 Aprel 2017 18:54

Azərbaycanda Turizm Reyestrinin aparılma qaydası hazırlanacaq

26 Aprel 2017 18:52

BSU-nun professor-müəllim heyəti DTX-da “Şöhrət” muzeyini ziyarət edib

26 Aprel 2017 18:47

Gəncə sakininin üzərindən qatar keçdi

26 Aprel 2017 18:44

"Atama heç vaxt "səni çox istəyirəm" deyə bilmədim" - Məşhur müğənnidən ACI ETİRAF

26 Aprel 2017 18:42

BU DA OLDU: itin cinsi dəyişdirildi

26 Aprel 2017 18:38

Messiyə qarşı PLAN: "Meydana qandal və silahla çıxın"

26 Aprel 2017 18:37

Azərbaycanın ən yaxşı məktəblərinin adları açıqlanıb

26 Aprel 2017 18:37

“Wemogee” proqramı nitq qüsurlu insanlara kömək edəcək

26 Aprel 2017 18:35

Üzeyir Mehdizadə bu ölkələrdə tanınacaq: "Məqsədim budur" - VİDEO

26 Aprel 2017 18:34

Fransalı diplomat: "Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsini dəstəkləyirik"

26 Aprel 2017 18:32

"Rza Zərrab atamın oğlu deyil, lakin..."

26 Aprel 2017 18:28

Qəbul imtahanlarında daha çox rast gəlinən QAYDA POZUNTULARI

26 Aprel 2017 18:27

Naxçıvan-da kikboksinq turniri

26 Aprel 2017 18:27

“Bu, yalnız referendum yolu ilə mümkündür” – AKTUAL ŞƏRH

26 Aprel 2017 18:24

Nuri Sərinləndiricinin MAHNISI ERMƏNİ DİLİNDƏ - VİDEO

26 Aprel 2017 18:23

Rusiya ekstremist elan edilən təriqət Bakıda nə axtarır?.. - FOTO

26 Aprel 2017 18:22

Zərifə Əliyevanın doğum günü münasibətilə aksiya keçiriləcək

26 Aprel 2017 18:19

Məşhur aktyor qaydaları pozdu - FOTO

26 Aprel 2017 18:17

Ötən il Bakıda keçirilən buraxılış imtahanlarında məzunların 8,51 %-i Ana dili fənnindən “2” alıb

26 Aprel 2017 18:12

Prezident İlham Əliyev Niderland kralını təbrik edib

26 Aprel 2017 18:12

Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək

26 Aprel 2017 18:12

Qərb siyasəti: liberalizmlə populizm arasında

26 Aprel 2017 18:12

Gəncə sakininin ÜSTÜNDƏN QATAR KEÇDİ

26 Aprel 2017 18:12

Bu oğlan 160 yaşlı qocanın bədənində yaşayır

26 Aprel 2017 18:10

Sürücülərə xəbərdarlıq: 22:00-dan ETİBARƏN...

26 Aprel 2017 18:08

Terrorçu PYD Türkiyənin sərhədyanı bölgəsindəki polis bölməsinə raket atıb

26 Aprel 2017 18:07

Azərbaycan Prezidenti CAR-ın dövlət başçısını təbrik edib

26 Aprel 2017 18:07

Həkimlər ayağını tərs tikdilər - FOTO

26 Aprel 2017 18:05

"Avropa Türkiyəyə təzyiq göstərməyə çalışır" - Ekspert

26 Aprel 2017 18:05