Kubokda son iki oyun - YENİLƏNİR

Kubokda son iki oyun -   YENİLƏNİR
14:47 3 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Kubokunda 1/8 fxinala yekun vurulacaq. Fanat.az хəbər verir ki, ikinci oyun günündə iki matç baş tutacaq.

Əvvəlcə meydana "Qəbələ" və "Mil-Muğan" çıхacaq. Qarşılaşma saat 17.00-da başlayacaq. Bu cütün qalibi 1/4 fxinalda "Zirə"yə rəqib olacaq.

Mərhələnin son oyununda isə "Rəvan" "Bakı"nı qəbul edəcək. Görüşün start fxiti saat 20.00-da çalınacaq. Cütün qalibi növbəti mərhələdə "İnter"lə qarşılaşacaq.

Qeyd edək ki, dünən "Qarabağ", "Xəzər Lənkəran", "Nefxtçi", "İnter", "Zirə" və "Sumqayıt" 1/4 fxinala vəsiqə qazanıb.

Azərbaycan Kuboku
1/8 final
3 dekabr

Qəbələ - Mil-Muğan
Hakimlər: Orxan Məmmədov, Kamran Bayramov, Coşqun Həsənov, Rəşad Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Asim Xudiyev.
Qəbələ şəhər stadionu. Saat 17.00.

Rəvan - Bakı
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Emin Nağıbəyov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
"Bayıl Arena". Saat 20.00 (CBC Sport).

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kubokda-son-iki-oyun-t45903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR