Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müğənni gizlicə evlənib? - FOTO

Müğənni gizlicə evlənib? - FOTO

Date: 3 December 2015 14:57

Müğənni Valeri Meladzenin də qardaşı kimi gizlin evləndiyi haqda dedi-qodular yayılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bir neçə həftə əvvəl prodüser Konstantin Meladze müğənni Vera Brejneva ilə ailə qurmuşdu. Dünən isə Vera İnstaqramda üzərində "VA" yazılan tort fotosu paylaşıb. İstifadəçilər toy tortu olduğu bilinən şirniyyatın üzərindəki hərflərin Valeri və 11 ildir onunla münasibəti olan həmkarı Albina Canabayevanı nəzərdə tutduğunu yazıblar. Brejneva isə yazılanları təkzib etməyib. Onların münasibətinin rəsmiləşməsi barədə ilk xəbər keçən ay Albinanın barmağında nişan üzüyünün göründüyü vaxt yayılmışdı.

Qeyd edək ki, bir yerdə yaşayan Albina və Valerinin iki oğlu var. Konstantin 2004-cü ildə, Luka isə 2014-cü ildə anadan olub. Cütlük Albina hələ "VİA Qra" qrupunda oxuduğu vaxt tanış olub. Valeri birinci həyat yoldaşı İrinadan keçən il rəsmi şəkildə boşanıb. Onların evliliyindən üç qızları var.

Milli.Az
 









Tags:  Müğənni gizlicə evlənib FOTO

RƏYLƏR


Top news