Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kamal Abdulla: "Heç bir güzəşt olmayacaq"

Kamal Abdulla: "Heç bir güzəşt olmayacaq"

Date: 3 December 2015 14:59

 “Bu gün bizim hər bir vətəndaşımızın bir nömrəli hədəfi azərbaycançılıqdır”.

 

APA-nın xəbərinə görə, bunu Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla deyib.

 

K. Abdulla Nardaranda baş verən hadisələrə toxunaraq bildirib ki, dövlət bu məsələlərdə müəyyən qədər güzəştə gedib: “Dövlət güzəştə gedib, ancaq dövlətin təməl prinsiplərini pozanlara heç bir güzəşt olmayacaq. Dövlət dindarları qorumaq istəyir. Dövlətin atdığı hər bir addım bizim mənafeyimizə xidmət edir”.

 

K. Abdulla qeyd edib ki, Nardaranda baş verən hadisələr hamını həyəcanlandırıb: “Baş verənlər məyus etdi. Nardaran camaatı ayıq camaatdır. Onlar Nardarana aid olmayanları fərqləndirə biləcəklər. Hesab edirəm ki, Nardaranda təmiz islam dini bundan sonra da yüksək mərtəbəyə qalxacaq”.


Tags:  Kamal Abdulla Heç güzəşt olmayacaq


RƏYLƏR


Top news