Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

SOCAR bu il 98 min metrə yaxın qazma işi görüb

SOCAR bu il 98 min metrə yaxın qazma işi görüb

Date: 3 December 2015 15:04

Bakı. 3 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 97 725 metr qazma işi görülüb.
"Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründən 17,8% azdır. Qazma işlərinin 96 725 metri istismara, qalanı isə kəşfiyyata aid olub. 
Noyabr ayında isə SOCAR tərəfindən 5 402 metr qazma işi həyata keçirilib.Bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.
Qeyd edək ki, noyabr ayı ərzində qazmadan alınmış 4, ilin əvvəlindən isə 63 yeni quyu tikintisi başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Tags:  SOCAR bu il 98 min metrə yaxın qazma işi görüb


RƏYLƏR


Top news