Türkiyənin Baş naziri Əhməd Davudoğlunun rəsmi qarşılanma mərasimi olub

15:05 3 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+



Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Baş nazir Əhməd Davudoğlunun şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğlunu qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyənin Baş nazirinə raport verdi.
Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.
Prezident İlham Əliyev və Baş nazir Əhməd Davudoğlu fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Türkiyənin Baş naziri Azərbaycan əsgərlərini salamladı.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Baş nazir Əhməd Davudoğluna, Türkiyənin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidentinin və Türkiyə Baş nazirinin qarşısından keçdi.
Prezident İlham Əliyev və Baş nazir Əhməd Davudoğlu rəsmi foto çəkdirdilər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiyenin_Bas_naziri_Ahmed_Davudoglunun_resmi_qarsilanma_merasimi_olub-907874

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR