Stiven Spilberqin "Casus körpüsü" filmi Nizami Kino Mərkəzinin ekranında - FOTO

Stiven Spilberqin "Casus körpüsü" filmi Nizami Kino Mərkəzinin ekranında - FOTO
15:05 3 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Nizami Kino Mərkəzində dekabrın 03-dən etibarən ABŞ istehsalı olan 3D formatda çəkilmiş "Dənizin ürəyində" və ABŞ, Hindistan və Almaniyanın "Casus körpüsü" filmlərinin nümayişinə başlanıb.    "Dənizin ürəyində" filmini Çarlz Livvit və Rik Caffanın ssenarisi əsasında rejissor Ron Xovvard döyüş, triller, tarixi-bioqrafik dram və macəra janrında çəkib. Yaş məhdudiyyəti: 12+

1819-cu ildə Amerika gəmisi "Esseks" göyərtəsində 20 nəfərdən artıq komandayla Massaçusets limanından balina vətəgələrinə yol alır. 1820-ci ilin payızına qədər davam edən uğurlu ov nəhəng balinanın hücumu nəticəsində yarıda qalır. Dənizçilər məcbur qalıb qayıqlara enirlər. Üç aydan artıq onlar okeanın ortasında sağ qalmaq üçün mücadılə aparırlar...

Filmdəki rollara Kris Hemsvort, Ben Uişou, Killian Merfi, Tom Holland, Şarlotta Rayli, Brendan Qlison, Frenk Dilleyn, Pol Anderson, Bencamin Uoker, Mişel Feyrli və başqa aktyorlar çəkiliblər.

Məşhur rejissor Stiven Spilberqin Mett Çarmanın ssenarisi əsasında çəkdiyi "Casus körpüsü" filmi də triller, bioqrafik tarixi dram janrındadır. Sloqanı: "Müharibənin kölgəsində bir nəfər nəyin üzərində durduğumuzu göstərdi". Yaş həddi:16+

Real tarixi hadisələr üzərində qurulmuş film bruklinli vəkil Ceyms Donovandan bəhs edir. Soyuq müharibənin episentrinə düşən vəkil ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsindən həlli mümkün olmayan tapşırıq alır. O, SSRİ-də tutulmuş U2 amerika casus təyyarəsinin pilotunun qaytarılması barədə əks tərəflə danışıqlar aparmalıdır...

Filmdə baş rolları Tom Henks, Mark Raylens, Emi Rayan, Alan Alda, Ostin Stouell, Skott Şeperd, Cessi Plemons, Domenik Lombardozzi, Sebastyan Kox, İv Hyuson və başqa aktyorlar canlandırıblar.

Həmçinin, Kinomərkəzimizdə dünən qala-gecəsi keçirilmiş "Oğlan evi" milli komediya filmi də bu gündən etibarən nümayişdə olacaq. Gəlin, baxın, çox gülməli filmdir.

Əziz kinosevərlər filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən də öyrənmək mümkündür. (https://www.facebook.com/NizamiCinema?rf=hl)



Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/387306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR