“Qarabağ” və “Zirvə” komandaları intellektual turnirin final mərhələsinə vəsiqə qazanıb

“Qarabağ” və “Zirvə” komandaları intellektual turnirin final mərhələsinə vəsiqə qazanıb
15:06 3 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Ağdam, 3 dekabr, AZƏRTAC
Quzanlı qəsəbəsində fəaliyyət göstərən 18 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən icra edilən “İntellektual oyunlar vasitəsilə vətənpərvərliyin təbliği” layihəsi çərçivəsində intellektual oyun üzrə rayon seçim turu keçirilib.
AZƏRTAC xəbər verir ki, layihə rəhbəri, “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov tədbirdə çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb, layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, layihənin məqsədi region gəncləri arasında intellektual oyunların populyarlaşdırılması yolu ilə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə dəstək olmaqdır.
Ağdam rayon Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov və təhsil şöbəsinin nümayəndəsi Xalıqverdi Cəfərov çıxışlarında gənclərin vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi və intellektual səviyyəsinin yüksəldilməsi baxımından layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Tədbir 8 komandanın iştirakı ilə “Nə? Harada? Nə zaman?” formatında intellektual turnirlə davam edib. Gərgin mübarizə şəraitində keçən turnirdə “Qarabağ” və “Zirvə” komandaları daha yaxşı nəticə göstərərək, Beyləqan rayonunda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qarabag_ve_Zirve_komandalari_intellektual_turnirin_final_merhelesine_vesiqe_qazanib-907875

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR