Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünyada ən sürətli ödənişsiz «Wi-Fi» hansı ölkədədir?

Dünyada ən sürətli ödənişsiz «Wi-Fi» hansı ölkədədir?

Date: 3 December 2015 15:06

«Rotten Wi-Fi» xidməti tərəfindən keçirilmiş tədqiqatın nəticələrinə əsasən, ictimai yerlərdə təqdim olunan ən sürətli ödənişsiz «Wi-Fi» Litvada qeydə alınıb. Reytinq istifadəçilərin sorğusu əsasında tərtib edilib. «Wi-Fi» nöqtələrinin sürət və keyfiyyəti dünyanın 184 ölkəsində sınaqdan keçirilib.
 
 
Böyük Britaniyada «Rotten» internet xidməti tərəfindən keçirilmiş tədqiqatın nəticələrinə əsasən, cari ildə Litvada simsiz şəbəkənin sürəti 16,1 Mbit/s (ötən il 15.40 Mbit/s) təşkil edib.
 
 
«ICTnews.az» elektron xəbər xidməti «comnews.ru» resursuna istinadən yazır ki, «Rotten Wi-Fi» servisi müxtəlif ölkələrdə «Wi-Fi» şəbəkələri haqda məlumatın toplanılması üçün nəzərdə tutulub.
 
 
Estoniya ən yaxşı ödənişsiz «Wi-Fi» sürətinə malik ölkələrin reytinqində ikinci pilləni tutub: yükləmənin orta sürəti 14,8 Mbit/s təşkil edib. 13.1 Mbit/s sürətinə malik Sinqapur növbəti pillədə qərarlaşıb.
Böyük Britaniya ötən il olduğu kimi, 6-cı pillədə yer alıb. Bu ölkədə internetin orta sürəti cüzi artaraq 11,7 Mbit/s (2014-cü ildə 10,97 Mbit/s olub) təşkil edib.
 
 
İsveçrə və Niderland sözügedən reytinqin müvafiq olaraq dördüncü və beşinci pillələrində qərarlaşıblar. İlk onluqda, həmçinin Danimarka, İrlandiya, Belçika və Rumıniya ölkələri yer alıb.
 
 
2015-ci ildə ABŞ ən yaxşı ödənişsiz «Wi-Fi» sürətinə malik ölkələrin «top-20»-liyinə daxil edilməyib. Qeyd edək ki, ötən il ABŞ 6,89 Mbit/s internet sürəti ilə sonuncu pilləni tutmuşdu.
 
 
Reytinqə daxil edilmiş ölkələrin əksəriyyəti Avropada, yalnız ikisi Şimali Amerika və Asiyada yerləşir.
 
 
Emil Hüseynov
 
 


Tags:  Dünyada sürətli ödənişsiz Wi-Fi hansı ölkədədir


RƏYLƏR


Top news