Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kamal Abdulla: Dövlətin içində başqa qayda-qanunlar yaratmaq heç kimə müyəssər olmayacaq

Kamal Abdulla: Dövlətin içində başqa qayda-qanunlar yaratmaq heç kimə müyəssər olmayacaq

Date: 3 December 2015 15:09

Bakı. İlhamə İsabalayeva - Trend:

"Nardarandakı hadisələr hamımızı həyəcanlandırdı, kədərləndirdi. Ümid edək ki, Nardaran camaatı ayıqdır, onlar yad ünsürləri özününkülərdən fərqləndirə biləcək və artıq bunu bilirlər".

Trend-in məlumatına görə, bunu Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla bu gün dinlə bağlı keçirilən toplantıda çıxışı zamanı deyib.

K.Abdulla bildirib ki, dövlətin içində öz qayda-qanunlarını yaratmaq heç kimə müyəssər olmayacaq və bunu yaratmaq imkansızdır: "Dövlət müəyyən mərtəbəyə qədər güzəştə gedə bilər. Bu, bəzi yerlərdə göz qabağındadır. Amma o yerdə ki, sən dövlətin təməl sütunlarına toxunmaq istəyirsən, orada güzəşt olmayacaq. Biz birdəfəlik fəhm etməliyik ki, dövlətin atdığı hər bir addım bizim hər birimizin birbaşa mənafeyinə xidmət edir".

Dövlət müşaviri qeyd edib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gələndə və Azərbaycanda yeni demokratik cəmiyyət qurmağa başlayanda cəmi 17 məscid var idi: "İndi isə 2000-ə yaxın məscid var. Kənd və şəhərlərimizdə xeyli məscid əhalinin istifadəsinə verilib".

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Kamal Abdulla Dövlətin içində başqa qayda-qanunlar yaratmaq heç kimə müyəssər olmayacaq


RƏYLƏR


Top news