Evlənmək istəyən gənclərin 161 nəfərində sifilis tapıldı

Evlənmək istəyən gənclərin 161 nəfərində sifilis tapıldı
15:12 3 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+

İyunun 1-dən indiyədək nikaha daxil olmaq istəyən 65138 nəfər məcburi müayinəyə cəlb olunub. Onların arasında 161 nəfərdə sifilis, 45 nəfərdə İİV infeksiyası, 4213 nəfərdə isə talassemiya daşıyıcılığı aşkar edilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat veriblər.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə iyunun 1-dən ailə qurmaq istəyənlər məcburi müayinədən keçirilirlər.

Cütlüklərdə əsasən talassemiya aşkarlanır. Ümumilikdə, Azərbaycanda talassemiya geniş yayılıb. Hazırda hər 12 nəfərdən 1-nin talassemiya daşıyıcısı olduğu güman edilir. İki daşıyıcının uşağının xəstə doğulma riski var. Bu risk doğuş zamanı 25 faiz təşkil edir. Hazırda Azərbaycanda daşıyıcıların tezliyi 8 faizdir.

Sifilisə gəldikdə isə respublikanın baş dermatoveneroloqu, Tibb Universitetinin dəri-zöhrəvi kafedrasının müdiri, professor Zülfüqar Fərəcov virtualaz.org saytına müsahibəsində sifilisə yoluxanların sayının ötən ilə nisbətən artdığını təsdiqləmişdi.

Bu ilin 8 ayında 445 sifilis xəstə qeydiyyata alınıb. Xəstələrin sayının artmasının bir səbəbi də xəstəliyin aşkarlanması ilə bağlıdır. Belə ki, nikahdan əvvəl cütlüyün müayinəyə cəlb edilməsi nəticəsində də xəstələr aşkarlanıb və statistikanın artmasına təsir edib.

HİV infeksiyasına yoluxanlar də Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata götürülüblər.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR