Qırğızıstanın Xalq Artisti TÜRKSOY-un ordeninə layiq görülüb

Qırğızıstanın Xalq Artisti TÜRKSOY-un ordeninə layiq görülüb
15:13 3 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bişkek, 3 dekabr, AZƏRTAC 
Qırğızıstanın Xalq Artisti, tanınmış bəstəkar Murad Beqaliev TÜRKSOY-un “Türk dünyasının sənətçisi” ordeninə layiq görülüb.
Bu haqda Qırğızıstanın TÜRKSOY-dakı nümayəndəsi Kojoqeldi Kuluev məlumat verib. O bildirib ki, M.Beqaliev qırğız musiqisinin inkişafı, həmçinin mədəniyyət sahəsində türk dünyası arasında əlaqələrin dərinləşdirilməsi istiqamətindəki xidmətlərinə görə verilib.
Xatırladırıq ki, “Türk dünyasının sənətçisi” ordeni bundan əvvəl Azərbaycanın Xalq Artisti, bəstəkar və ifaçı Polad Bülbüloğluna verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qirgizistanin_Xalq_Artisti_TURKSOY_un_ordenine_layiq_gorulub-907884

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR