​Biləsuvarda sahibkarlara güzəştli kreditlər verilib

15:17 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

“Report” Nazirliyin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, 100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Biləsuvar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, intensiv bağçılıq, tərəvəzçilik təsərrüfatlarının, pendir istehsalı, meyvəqurutma, üzlük daşlar və dam örtükləri istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib. Forumda sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Forumda çıxışı zamanı Fondun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövründə 5 100-ə yaxın sahibkara 211,7 mln. manat güzəştli kredit verilib. Onun sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 11 600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir: “Ümumilikdə, bu günədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 11 700-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 466 mln. manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib”.
İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən 80-ə yaxın sahibkara 2 mln. manatdan çox güzəştli kredit verilib. Bu kreditlər əsasən, taxılçılıq, heyvandarlıq, əkinçilik, qapı-pəncərə istehsalı və s. sahələrin inkişafına yönəldiləcək.
Forum çərçivəsində Biləsuvarın Təzəkənd, Bəydili və Aranlı kəndləri ərazisində güzəştli kredit ayrılan 200 ha sahədə nar bağlarına baxış keçirilib. Son illər ərzində 1 659 ha ərazidə 22 intensiv bağçılıq və tingçilik təsərrüfatının yaradılmasına 20,8 mln. manat dövlətin güzəştli kreditləri verilib.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/bilesuvarda-sahibkarlara-guzestli-kreditler-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR