"Kapital Bank" bölgələri yaşıllaşdırır

"Kapital Bank" bölgələri yaşıllaşdırır
15:18 3 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
"Kapital Bank"ın dəstəyi ilə Salyan, Ucar, Kürdəmir rayonları və Gəncə şəhərində "Yaşıl ölkəm - bu gün əkdiyimiz ağac, sabah aldığımız bir nəfəsdir" devizi altında genişmiqyaslı yaşıllaşdırma aksiyası keçirilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, "Kapital Bank" əməkdaşlarının iştirak etdiyi ağacəkmə aksiyalarında bölgələrin iqliminə xas müxtəlif növ ağaclar, əsasən küknar, Eldar şamı və şam ağacları əkilib. Abadlaşdırılan ərazilərdə, həmçinin sığırçın yuvaları quraşdırılıb.
"Aksiyanın məqsədi ətraf mühitin mühafizəsinə töhfə vermək və insanlar arasında təbiətə qayğı hissini gücləndirməkdir. Əkilən hər bir ağac, salınan yaşıllıq zolaqları torpağın mühafizəsində və münbitliyinin təmin edilməsində mühüm rol oynayır və gələcək nəsillər üçün mirasdır", - deyə bankın marketinq departamentinin marketinq kommunikasiyaları şöbəsinin rəisi Günel Fərzəliyeva bildirib.
Qeyd edək ki, yeni yaşıllıq zolaqlarında əkilən ağaclara qulluq "Kapital Bank"ın dəstəyi ilə həyata keçiriləcək. Yeni əkilmiş ağacların vaxtında suvarılması üçün həmin ərazilərə su xəttinin çəkilməsi və su nasoslarının quraşdırılması da nəzərdə tutulub. Ölkədə ətraf mühitin mühafizəsinə və yaşıllıqların artırılmasına töhfə verən bu cür kampaniyaları "Kapital Bank" digər bölgələrdə də keçirməyi planlaşdırır.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotKapital_Bank_quot_bolgeleri_yasillasdirir-907888

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR