Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Qazprom”: “Türk axını” layihəsi üçün Türkiyə tərəfi ilə danışıqlar dayandırılıb

“Qazprom”: “Türk axını” layihəsi üçün Türkiyə tərəfi ilə danışıqlar dayandırılıb

Date: 3 December 2015 15:18


Bakı, 3 dekabr, Nihad Budaqov, AZƏRTAC
“Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsi ilə bağlı Türkiyə tərəfindən Rusiyaya hər hansı bir müraciət olmayıb və danışıqlar dayandırılıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu sözləri “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller deyib. O qeyd edib ki, Türkiyə “Türk axını” layihəsi ilə əlaqədar danışıqları davam etdirmək üçün Rusiyaya müraciət edə bilər. “Qazprom”un Türkiyəyə qaz nəqlini dayandırması məsələsinə də münasibət bildirən A.Miller deyib: “Ümid edirik ki, belə bir vəziyyətin yaranması məcburiyyətində qalmarıq”.
Qeyd edək ki, “Qazprom” “Türk axını” qaz boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına qərar vermişdi. “Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulurdu.
 


Tags:  Qazprom Türk axını layihəsi Türkiyə tərəfi danışıqlar dayandırılıb


RƏYLƏR


Top news