“Naqif Həmzəyevin YAP nümayəndəsi olmağa haqqı yoxdur" - Ağacan Abıyev

“Naqif Həmzəyevin YAP nümayəndəsi olmağa haqqı yoxdur" - Ağacan Abıyev
15:19 3 Dekabr 2015
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Gəncədən seçilmiş deputatı Naqif Həmzəyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadə haqqında dediyi nalayiq fikirlər cəmiyyətdə etirazlar doğurub. YAP-çı deputatın AXC liderini vətən xaini adlandırması və onun həyat yoldaşı, qurduğu dövlət haqqında xoşagəlməz fikirlər səsləndirməsi bir neçə gündür sosial şəbəkələrdə ciddi müzakirə olunur. Bu fikirlərə görə hər kəs Naqif Həmzəyevi tənqid atəşinə tutub, qınayır.

Modern.az saytı Milli Məclisin İntizam Komissiyasından deputat Naqif Həmzəyevin bu davranışın necə qiymətləndiriləcəyini soruşub.

 

Lent.az-ın modern.az-a istinadən xəbərinə görə, Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev bildirib ki, sabah bu məsələ parlamentdə müzakirə olunacaq. O bildirib ki, deputatın bu çıxışına siyasi deyil, insani qiymət verilməlidir.

“Bununla bağlı İntizam Komissiyasında deyil, Milli Məclisin sabahkı iclasında geniş müzakirə aparılacaq. Gəlib bu səviyyəyə qalxasan, deputat seçiləsən, millətin nümayəndəsi olasan, Azərbaycanın yeni tarixindən xəbərin olmasın?.. Demirik ki, Azərbaycanın min il bundan qabaq tarixini bilmirsən, dünən yaşadığımız tarixdən xəbəri yoxdur. Sən axı o cür kişini niyə elə adlandırırsan?.. Ona görə də hesab edirəm ki, buna əxlaqi qiymət vermək lazımdır”.

 

A. Abıyev deputatın səhv hərəkət etdiyini vurğulayaraq, onu orta məktəbdə keçilən tarixi bilməməkdə günahlandırıb.
 

“Nə qədər təhsilsiz, mədəniyyətsiz olasan ki, müstəqil Azərbaycanın ilk sözünü deyən insanı  “Azərbaycanın düşməni” adlandırasan. Heç bu sözü deməyə ermənin gücü çatmaz. Naqif Həmzəyev çox böyük səhv edib. Səhv deyilsə, bacardığı, bildiyi budursa, onda heç olmasa gedib ali məktəb dərsliyini demirəm, orta məktəb kitablarını oxusun. Azərbaycan tarixi orada da keçilir, tariximizlə tanış olsun. Məhəmməd Əmin Rəsulzadəyə ulu öndərimiz Heydər Əliyev yüksək qiymət verib. Ölkənin ən ağır, qorxulu vəziyyətində Azərbaycanın müstəqilliyi haqqında danışan, Azərbaycanın üçrəngli bayrağını qoruyan şəxsiyyətə sən hansı haqla “vətən xaini” deyirsən?.. Hesab edirəm ki, bu xoşagəlməz fikirlərə Milli Məclis mütləq qiymət verməlidir”.

 

Ağacan Abıyev tarixi bilməyən və böyük yanlışlıq edən deputatla bir yerdə oturmaq istəmədiyini və aralarında belə şəxslərin olmamasının gərəkliliyini vurğulayıb.


“Onunla bir masa arxasında oturmaq istəməzdim. Hər bir azərbaycanlı, təhsildən, tədrisdən xəbəri olan hər bir kəs, hər bir ziyalı ona bu sözü deyəcək.  Burada məsələ intizamdan da üstündür. Naqif Həmzəyev böyük səhv buraxıb. Onun seçiciləri var, seçki dövründə başqa cür danışıb və ona etimad edib seçiblər. Amma deputat olandan sonra belə danışanda, onun seçiciləri də bu məsələyə qiymət verməlidirlər. Sabah sözsüz ki, bu məsələ qalxacaq və düşünürəm ki aramızda belə adam olmamalıdır”.

 

Ağacan Abıyev deputat Naqif Həmzəyevi hakim Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin Məhəmməd Əmin Rəsulzadə haqqında dediyi fikirləri bilməməkdə günahlandırıb.

 

“Əsas səhv, qələt ondan ibarətdir ki, sən Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi seçilmisən və bizim partiyanı təmsil edirsən. Deputat Naqif Həmzəyev, YAP-ın yaradıcısı, ulu öndərimiz Heydər Əliyev həmin o kişi haqqında nə deyib, bilmirsən?.. Bilmirsənsə, sənin YAP-ın nümayəndəsi olmağa haqqın yoxdur. Sən YAP-ın yaradıcısının o kişi haqqında dediyi sözlərin əleyhinə danışmısan. Nə qədər savadsız olub o cür sözlər deyəsən. Bu adam harada yaşayıb? Azərbaycanın yeni tarixini niyə bilmir?.. “Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın müstəqilliyini qorxmadan bəyan edib” deyən ümummilli liderin fikirlərinə sən nə deyirsən?..”.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ-da mitinqdə 27 nəfər saxlanıldı

20 Avqust 2017 06:24

Ağdaşda 6 otaqlı ev yandı

20 Avqust 2017 06:09

SOCAR-ın Gürcüstandakı şirkətləri Borjomi Milli Parkında müxtəlif növ ağac əkiblər

20 Avqust 2017 06:03

Yupiterin əvvəllər görünməmiş fotoları nümayiş olundu - FOTOLAR

20 Avqust 2017 05:33

Peterburqda maşın izdihama çırpıldı: ölən və yaralananlar var

20 Avqust 2017 05:04

Pivə haqqında bilmədiyimiz — MARAQLI 5 FAKT

20 Avqust 2017 05:03

Kral 400 terrorçunu əfv etdi

20 Avqust 2017 04:49

“Facebook”da yeni reklam növü tətbiq olunacaq

20 Avqust 2017 04:33

"KamAZ" və ev yandı

20 Avqust 2017 04:19

İnsanları il ərzində ən az işləyən ölkələr - SİYAHI

20 Avqust 2017 04:03

Terrorçular Barselonada kilsəni partlatmaq istəyirmişlər

20 Avqust 2017 03:19

Bakı "İnter"ində futbolçuların maaşları ödənilib

20 Avqust 2017 03:17

Könül Xasıyevaya qarşı dələduzluq

20 Avqust 2017 03:08

Adriana ilə türk sevgilisi bu hala qaldılar - FOTOLAR

20 Avqust 2017 02:58

İspaniyadakı hücumun təşkilatçısı şəhərin imamı imiş

20 Avqust 2017 02:29

Bal ayına hazırlaşanlar, diqqət! - 10 ən maraqlı yer

20 Avqust 2017 02:28

Azərbaycanın varlı qızları bahalı avtomobilləri ilə... - VİDEO

20 Avqust 2017 02:03

İsrail baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır

20 Avqust 2017 01:47

Ərdoğan Almaniya XİN rəhbərinə: "Həddini bil"

20 Avqust 2017 01:24

Azərbaycan neftinin SON QİYMƏTİ

20 Avqust 2017 01:23

Sumqayıt bulvarında qəribə qadağalar

20 Avqust 2017 01:19

"Səni hər gün daha çox sevirəm" - arvadından azərbaycanlı müğənniyə

20 Avqust 2017 01:03

Qara Qarayev: "Uğurlu nəticə ilə qayıdaraq adımızı tarixə yazdırmağa çalışacağıq"

20 Avqust 2017 00:52

Ağdaşda 6 otaqlı ev yanıb

20 Avqust 2017 00:50

Hovuzlar dənizdən daha təhlükəlidir? - VİDEO

20 Avqust 2017 00:43

Prezident: "Bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır"

20 Avqust 2017 00:29

Aslanlarla dostluq edən alim

20 Avqust 2017 00:26

“Neftçi” azarkeşlərindən növbəti etiraz – “İstefa”

20 Avqust 2017 00:23

Mingəçevirdə mikroavtobus qəzaya düşüb, xəsarət alan var

20 Avqust 2017 00:22

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:13

Kamerunda dəhşətli qəza

20 Avqust 2017 00:07

Avstraliyada naməlum şəxs avtomobili kütlənin üzərinə sürüb - 7 nəfər xəsarət alıb

19 Avqust 2017 23:58

Hikmət Hacıyev: “BMT Baş Katibinin çağırışını dəstəkləyirik”

19 Avqust 2017 23:54

Yaksək maaşlı iş axtaranlar, diqqət

19 Avqust 2017 23:54

Sabaha olan hava proqnozu - 36 dərəcə isti

19 Avqust 2017 23:38

26 yaşlı gənc bıçaqlandı

19 Avqust 2017 23:36

"Qarabağ"ın rəqibi "Kopenhagen" çümpionatda çətin qələbə qazanıb

19 Avqust 2017 23:32

Sızanaqları yox edən təbii maskalar - Aspirin, gil, darçın...

19 Avqust 2017 23:23

Bal ayına hazırlaşanlar, diqqət!

19 Avqust 2017 23:21

Barselonada müsəlmanlar etiraz etdilər

19 Avqust 2017 23:19

Samuxda “Yenikənd” yarımstansiyası istifadəyə verilib

19 Avqust 2017 23:07

"Futbolçuların 99,9 faizi “ulduz xəstəliyi”nə tutulur" - Qurban Qurbanov

19 Avqust 2017 23:07

"Yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında qabaqcıl yerdədir"

19 Avqust 2017 23:03

"Başlanğıcda başqa komandalarla oynamaq istərdik" - Zaur Svanadze

19 Avqust 2017 22:57

"Kopenhagen"dən əzmkar qələbə

19 Avqust 2017 22:57

Kənan Doğulu ilə Beren Saat Bodrumda - FOTOLAR

19 Avqust 2017 22:53

Qurban Qurbanov: "Bu gün Əfan komandaya faydalı oyunçudur"

19 Avqust 2017 22:52

Azərbaycanda belə toy olmamışdı: Bəylə gəlin hərbi formada

19 Avqust 2017 22:48

Hikmək Hacıyev: "Azərbaycan mülki insanlarının hədəfə çevrilməsindən ən çox əziyyət çəkən dövlətlərdən biridir"

19 Avqust 2017 22:47

27 yaşlı oğlan naməlum şəraitdə bıçaqlandı

19 Avqust 2017 22:44