Şeyxülislam: Nardaran hadisələri Ermənistanın işi ola bilər

Şeyxülislam: Nardaran hadisələri Ermənistanın işi ola bilər
15:21 3 Dekabr 2015
83 Digər
Ölkə mətbuatı
A- A+

"Nardaranda baş verən hadisələrin kökləri çox uzaqdan, xaricdən gəlir. Lakin xaric deyəndə qonşu dövlətləri nəzərdə tutmaq lazım deyil. Bu gün nə İran, nə də Türkiyə Azərbaycanda iğtişaş yaratmaq tərəfində deyil".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə deyib.

Nardarandakı hadisələrin onları çox məyus etdiyini deyən A.Paşazadə hesab edir ki, Azərbaycanda bu hadisənin törədilməsində bəlkə də Ermənistanın əli ola bilər.

A. Paşazadə qeyd edib ki, adını dindar qoyan Taleh Bağırzadənin çıxışlarında insanları ancaq dövlət çevrilişinə səsləmək olub. "Taleh kimi şəxslərin yanında olmaq nankorluqdur, dövlətimizə arxa çevirməkdir. Biz dindarlar prezidentimizin siyasətini bəyənirik. Daxili işlər naziri Ramil Usubovla, başqa dövlət adamları ilə danışmışam. Onlar bizə arxalanırlar. Onları bilirlər ki, bizim dindarların Taleh Bağırzadə ilə əlaqəsi ola bilməz. Gələcəkdə bu cür hadisələrdə ayıq-sayıq olmalıyıq".

Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları, bütövlükdə konstitusiya quruluşunu dəyişdirməklə şəriət qanunları ilə idarə olunan dini dövlətin yaradılmasını planlaşdıran silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi üzrə 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərmiş cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirən polis sercantları Vüqar Nəsibov və İsmayıl Tağıyev qəhrəmancasına həlak olub.



Nardarandakı əməliyyatdan görüntülər

Dekabrın 1-də saat 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub. Müəyyən edilmiş yerlərdə postlar qoyulub.

Hadisə yerindən maddi sübut kimi 4 avtomat, 4 tapança, 12 qumbara, biri kənardan idarə edilən olmaqla 3 ədəd partlayıcı qurğu, 10 ədəd "Molotov Kokteyli", 7 ədəd bıçaq və xəncər, 3 ədəd beşbarmaq və s. götürülüb

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366342

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR