Nardaran BU GÜN - REPORTAJ - FOTO

Nardaran BU GÜN - REPORTAJ - FOTO
15:22 3 Dekabr 2015
86 Digər
Ölkə mətbuatı
A- A+

Nardaran sakinindən nümunəvi hərəkət (06 İyun 2017 13:33)
Nardaran sakini tüfəngi polis bölməsinə təhvil verdi (06 İyun 2017 12:43)
Nardaran sakini silah tapdı (22 Aprel 2017 12:17)

Nardaran dekabrın 1-dən Daxili Qoşunların və polisin nəzarətindədir. Kəndə kənar şəxslərin girişi qadağan edilib. Kənd sakinləri isə postlardan yoxlanılaraq buraxılır. Naradaranla əlaqə, demək olar ki, tamam kəsilib. Jurnalistlər də kəndin yaxınlığına buraxılmır.

Nardaranda yaşananlarla bağlı mətbuatı və ictimaiyyəti məlumatlandıran yalnız kənd ağsaqqalı Natiq Kərimovdur. O kənddə baş verənlərlə bağlı öz bilgilərini və sakinlərdən aldığı məlumatları jurnalistlərlə bölüşür. Elə bizim də Nardarandakı gözümüz, qulağımız Natiq Kərimovdur. 

Dediyimiz kimi, kəndə yaxınlaşmaq çətindir, hələ ki, jurnalistlər üçün. 
Hazırda bütün istiqamətlərdən Nardarana gedən yollarda bir neçə post var. Bu postlardan keçərək kənddə baş verənləri öz gözlərimizlə görməyə çalışdıq. 

Müxtəlif yollarla bir neçə postdan keçərək kəndin mərkəzi hissəsinə - pir və məscidin olduğu Əli meydanına qədər yaxınlaşmağı bacardıq. Bu, gələ biləcəyimiz yolun sonu idi. Çünki meydanın girişində xeyli sayda polis əməkdaşı var. Kəndin əsas mərkəzi hissəsi sayılan İmam Hüseyn və Əli meydanlarında polislər hər evə, hər şəxsə nəzarət edir.    
Ara yollarla kəndə yaxınlaşarkən qarşılaşdığımız bir neçə kənd sakinindən məlumat əldə etməyə çalışdıq. Kilometrlərlə yol gəldiyimiz halda cəmi 4-5 nəfərlər qarşılaşa bildik. Küçələrdə insana rast gəlməməyimiz bizi təəccübləndirirdi. Yolu soruşmaq üçün yaxınlaşdığımız insanlar belə bizdən ehtiyatlanırdı. Yaxınlaşdığımız hər kəs bizə, sadəcə, yolu göstərirdi. Əlavə suala cavab vermək istəmirdilər. Yaranan vəziyyətdən narazı olduqlarını başa düşdüyümüz kənd sakinləri bizə ancaq kəndin mərkəzindən məlumat əldə edə biləcəyimizi deyirdilər.

Nəhayət, yolda bir nəfərlə rastlaşıb söhbət edə bildik. Bu şəxsdə Nardaran sakini deyildi. Məscidə ziyarətə gələn Maştağa sakini İmam Hüseyn meydanından gəldiyini və yalnız əsgər və polis gördüyünü dedi: "Meydanda əsgər və polis var. Məscidə ziyarətə getmişdim. Küçələrdə ara-sıra nardaranlı gördüm. Hər küçəni nəzarətə götürüblər".
Ara küçələrlə kəndin mərkəzinə gedərkən yolda Sabunçu Rayon icra Hakimiyyətinin birinci müavinini gördük. O kənddəki dini plakatların sökülməsinə, divarların rənglənməsinə nəzarət edirdi. Biz olan yollarda bütün bayraqlar və plakatlar sökülsə də, hələ ki, divarlardakı dini şüarlar rənglənməmişdi.   

Evlərin qarşısından keçərkən diqqətimizi çəkən qaz və işıq sayğaclarının yararsız vəziyyətdə olması idi. Əksər sayğaclar sındırılıb. Qaz xətləri birbaşa borulara birləşdirilib. 

Bütün küçələrdə dini şüarlar yazılıb. Demək olar ki, hər evin hasarında belə şüarlara rastlamaq mümkündür. Onu da qeyd etmək lazımdır ki, bu şüarlar hər bir kənd sakinin öz istəyi ilə evinin hasarına yazılıb. 

Kəndə yaxılaşdıqca rastaşdığımız kənd sakinləri orta yaşlı kişilər idi. Nadir halda gənc bir nardaranlını küçədə görə bildik. Səbəb kəndə aparılan əməliyyat zamanı daha çox gənclərin axtarılması idi. 

Kəndə çatmağımıza az bir məsafə qalmış Natiq Kərimovla qarşılaşırıq. Bizi öz maşınına dəvət edən N.Kərimov yolun qalan hissəsində bizə yoldaşlıq edəcəyini dedi. Məşədi Natiq kimi bütün kənd sakinlərinin tanıdığı ağsaqqal sükan arxasında olarkən belə zəng edən jurnalistlərin suallarını cavablandırırdı. Söhbət zamanı Məşədi Natiqdən haradan gəldiyini soruşduq. Cavanların kəndə çıxmasının tərəfdarı olmadığını deyən N.Kərimov evə lazım olan ərzağı almaq üçün mağazaya özünün getdiyini dedi: "İndi kənddə vəziyyət qarışıqdı. Gənclər çölə çıxmasa yaxşıdır. Hər yerdə əsgər, polis var. Polsilər bizimlə rəftar etdiyi kimi gənclərlə rəftar etmir. Bizə ağsaqqal deyə müraciət edirlər. Elə ən yaxşısı onların çölə çıxmamasıdır. Nə lazım olsa, özün gedib alıram". 

Yolda gördüklərimizi, əsasən də boş küçələr haqda N.Kərimova danışırıq. 

Yol boyu bizi maraqlandıran bəzi sualları N.Kərimova ünvanladıq.

- Hacı Natiq, kənddə vəziyyət necədir?

- Gələndə gördüyünüz kimi. Sakitçilik. Hər kəs mümkün qədər evdən çölə çıxmamağa çalışır. Əsasən də cavanlar. Bütün kənd nəzarətdədir. Meydanların, küçələrin, məscidlərin, pirlərin hamısında polis, əsgər var.

- Meyitlərlə bağlı müəmma var. Hər kəs məlumatsızdır... 

- Meyitlərdən xəbərimiz yoxdur. Mən kəndin pirində də elan etdim ki, dəfn olunanların yerini kim bilirsə, desin. Heç kimin xəbəri yoxdur. Nazimin oğlu ölüb. Meyiti hardadır bilmir. Qəbristanlığa da baxmışıq. Dəfndə valideynlər də olmayıb. Ancaq xəbərlərdə deyirlər ki, meyitlər basdırılıb. 

- 3 gündür kənddə keçirilən əməliyyata etiraz edən, narazı olan olubmu?

- Biz əməliyyatlara etiraz etmirik. Nə istəyirlərsə, etsinlər. Şərait də yaratmarıq ki, kimlərsə qarşı gəlsin. 

- Sizcə, məsələnin bu həddə çatmasına, hadisələrin bu şəkildə cərəyan etməsinə səbəb nə oldu? Qarşısını əvvəlcədən almaq mümkün idimi?

- Polis də, əsgər də burada olanlar da bizim balalarımızdır. Lap başdan bu məsələnin həll yolunu danışıqla aparmaq lazım idi. Kaş ki, belə olmazdı. Elə əməliyyatdan sonra da danışıq olmalı idi. 3 gün kənd meydanında aksiya oldu. Orda da bəzi insnalara nəzarət etmək olmadı. Başqa yerlərdən bizim dərdimizə şərik olmağa gələnlər də var idi. Amma gələnlər arasında tanımadığımız, məqsədli şəkildə gələn və aranı daha da qızışdıran şəxslər var idi. Bunu sonradan bildik. Amma vəziyyət artıq nəzarətdən çıxmışdı. Belə vəziyyətdə insanları sakitləşdirmək asan olmur. 

N.Kərimovla söhbətimizdən sonra Əli meydanına bir az da yaxınlaşmaq istəyirik. Lakin bunun mümkün olmadığını görüb, dalanlardan birində bir az gözləməyə başlayırıq. Bu zaman qapını açan kənd sakini bizim oradan uzaqlaşmağımızı tələb edir. Jurnalist olduğumuzu bildikdən sonra isə bu israrını daha da artırır: "Gedin başqa yerdə dayanın. İndi sizə görə polislər gələcək bura. Başlayacaqlar bizi də sorğu-sual etməyə. Onsuz da, 3 gündür bu vəziyyətdəyik. Bu baş verənlər bizə lazım deyildi. Heç sizin də nəyisə yazmağınız bizə lazım deyil. Gedin burdan".

Kənd sakinlərinin bu sözlərinə heç bir cavab verməyərək oradan uzaqlaşdıq. Olanları izləyən təxminən 18-19 yaşlı gənc gülərək bizə yaxınlşır. Həmin gənc bizi evlərinə dəvət etdi. Bu təkliflə razılaşmadıq, amma onların evinin qarşısında dayanmağa bizə icazə verdiyi üçün ona təşəkkür etdik. Onu küçədə gördüyümüzə təəccübləndiyimizi deyərək söhbətə başladıq.

- Sən yaşda gənc gəldiyimiz bu yolda ilk dəfədir gördük. Heç kim küçəyə çıxmır.

- Elə mən də. İndi evimizin həyətindən sizin səsinizi eşitdik. Çıxdım söhbətinizi eşitdim.

- Polislər sizin evə də gəlib?

- Yox. Deyirlər ki, siyahı var. Özləri bilirlər ki, kimin evini və kimləri yoxlamaq lazımdır. 
Mən kimə nə etmişəm ki? Qaz yox, işıq yox. Bütün günü evdəyik. Həyətdə ocaq yandırıb çay qaynadırıq, yemək bişiririk.
Həsənlə sağollaşdıqdan sonra geri qayıtmaq üçün yenidən Nardaranın səssiz və kimsəsiz küçələrinə üz tuturuq. İndi Nardaran küçələrində səssizliyi polis maşınlarının hərəkəti pozur...

"Yeni Müsavat"





RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İlham Əliyev xorvatiyalı həmkarını təbrik etdi

24 İyun 2017 18:05

Formula 1 fanatları Bakının gəzməli yerlərini öyrənirlər (FOTO)

24 İyun 2017 17:55

Evinizdəki zibilləri atmasanız nə baş verər? - FOTO

24 İyun 2017 17:53

Aparıcının qızının bu fotoları atasını əsəbiləşdirəcək

24 İyun 2017 17:52

Formula 1: Colion Palmerin idarə etdiyi bolidin yanma səbəbi müəyyənləşib

24 İyun 2017 17:52

Azərbaycanda daha bir həkim QALMAQALI: yeni doğmuş anaya səhv qan köçürdülər - ŞOK OLAY

24 İyun 2017 17:49

Azərbaycanda ayaqqabı istehsalı azalıb

24 İyun 2017 17:47

Qumbara satdığı üçün tutuldu -

24 İyun 2017 17:46

Xalq artisti Azərbaycanda heç kimin etmədiyini reallaşdıracaq

24 İyun 2017 17:43

Formula 1 yarışlarında sıralama turunda 4 pilot yarışı dayandırıb

24 İyun 2017 17:43

Dünya bu cütlüklərdən danışır - İlanla, ölü ilə evlənən... - VİDEO - FOTO

24 İyun 2017 17:37

Colyon Palmer Formula 1 yarışlarının sıralama turuna çıxa bilməyib

24 İyun 2017 17:36

Bakıda Formula 1 zamanı problem yaşanıb? - AÇIQLAMA

24 İyun 2017 17:32

Günün matçlarını yayımlayacaq kanallar

24 İyun 2017 17:27

NATO-nun sirr kimi saxlanan Rusiya PLANI ÜZƏ ÇIXDI

24 İyun 2017 17:23

Məşhur rusiyalı aktrisa Anastasiya Zadorojnaya Bakıda Formula 1 yarışlarını izləyir (VİDEO)

24 İyun 2017 17:22

Formula 1 üzrə Azərbaycan Qran Prisinin sonuncu sərbəst yürüşünə yekun vurulub

24 İyun 2017 17:22

Formula 1 pilotunun bolidi yanıb -

24 İyun 2017 17:21

Bakıda keçmiş sevgilisini amansızca öldürən şəxslər bağlı RƏSMİ MƏLUMAT

24 İyun 2017 17:19

Yasamalda evə basqın edərək qətl törədən şəxs tutulub

24 İyun 2017 17:17

Hindistanda qəzəblənmiş fil avtomobili aşırdı (VİDEO)

24 İyun 2017 17:15

Xanım sürücü evakuator maşınını aparmasın deyə soyundu - VİDEO

24 İyun 2017 17:12

Palata Formula 1-lə əlaqədar xüsusi monitorinq qrupu yaradıb

24 İyun 2017 17:12

Flavio Briatore: “Bakının uzun müddət Formula 1-də qalacağına ümid edirəm”

24 İyun 2017 17:12

Aslı və Muraddan gözlənilməz qərar

24 İyun 2017 17:12

Bütün içkiləri su ilə əvəz etsəniz, orqanizmdə nə baş verəcək?

24 İyun 2017 17:08

Formula 1-lə əlaqədar banklar gücləndirilmiş rejimdə çalışır

24 İyun 2017 17:08

Bakıda Formula 1 pilotlarının sıralama turu başladı (CANLI)

24 İyun 2017 17:08

Conni Depp Trampdan üzr istədi

24 İyun 2017 17:05

İspan futbolçu karyerasını bitirdi

24 İyun 2017 17:05

Hindistan bütün ölkələri geridə qoyacaq - PROQNOZ

24 İyun 2017 16:58

Berni Ekklstoun: “Bakıya heç vaxt gəlməyənlərə bura səfər etməyi məsləhət görürəm”

24 İyun 2017 16:57

Ağır döyüşlər: 10 ölü, 20 yaralı

24 İyun 2017 16:53

Azyaşlıların sırğalarını soydu

24 İyun 2017 16:52

Azərbaycanda elektrik avadanlıqlarının istehsalı isə 2,1 dəfə artıb

24 İyun 2017 16:52

"Qarabağ" ilk əcnəbini transfer etdi -

24 İyun 2017 16:49

Fil fevtivalı döyüş meydanına çevirdi – VİDEO

24 İyun 2017 16:48

Acunun toyu 3 gün, 3 gecə olacaq

24 İyun 2017 16:42

Xırdalanda borc pula görə tanışını bıçaqlayan şəxsin cəzası endirilib

24 İyun 2017 16:42

ABŞ və Çin arasında bu ölkəyə qarşı TARİXİ RAZILAŞMA

24 İyun 2017 16:38

Elçin Sanqu yeni serialla qayıdır

24 İyun 2017 16:32

Aktauda islam həmrəyliyi ilə bağlı tədbir keçirilib

24 İyun 2017 16:29

İranlı azarkeş: Azərbaycan Formula 1 yarışını yüksək səviyyədə təşkil edib

24 İyun 2017 16:29

Estetik cərrahiyyədə birinci ledi dəbi

24 İyun 2017 16:28

Avropa Liqasına erkən vida

24 İyun 2017 16:27

Dibalanı yoldan çıxarırlar - SON DURUM

24 İyun 2017 16:27

Azərbaycanda gizli at əti BİZNESİ - İNANILMAZ FAKTLAR

24 İyun 2017 16:23

Rusiyanın ən məşhur qanuni oğrusunun bakılı qızının GƏNCƏ MACƏRASI - FOTO

24 İyun 2017 16:22

Şarl Lekler Bakıdakı qələbəsini üç gün əvvəl vəfat edən atasına həsr edib

24 İyun 2017 16:22

"Cəhənnəmin qapılarını bağladı" -

24 İyun 2017 16:21