Mədət Quliyev dövlət sirri təşkil edən məlumatlarla bağlı qərar imzaladı

Mədət Quliyev dövlət sirri təşkil edən məlumatlarla bağlı qərar imzaladı
15:27 3 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Mədət Quliyev: "Bakı Marafonu xalqımız üçün çox vacib tədbirdir" (30 Aprel 2017 10:43)
Mədət Quliyev: "Bakı Marafonu xalqımız üçün çox vacib tədbirdir" (30 Aprel 2017 10:27)
Mədət Quliyev: Bakı Marafonu xalqımız üçün çox vacib tədbirdir (30 Aprel 2017 10:22)

Milli Təhlükəsizlik Nazirliyi (MTN) "Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərarın qəbul edilməsi Qaydası"nın təsdiq edilməsi barədə qərar qəbul edib.

APA-nın məlumatına görə, dekabrdan qüvvəyə minən  qərarı milli təhlükəsizlik naziri vəzifəsini icra edən Mədət Quliyev imzalayıb.

Qərara əsasən, dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar belə məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanları və onların sərəncamına verilmiş məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3    iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı" ilə müəyyənləşdirilir.  Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar bu faktın xidməti təhqiqatına dair materialların qiymətləndirilməsi yolu ilə qəbul edilir. Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə xidməti təhqiqatın aparılması, nəticəsinə dair materialların hazırlanması və təqdim edilməsi Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması üzrə ekspert rəyinin hazırlanması və təsdiq edilməsi Qaydası"na uyğun olaraq həyata keçirilir.

Dövlət sirri təşkil edən məlumatın  qeyri-qanuni yayılması faktının xidməti təhqiqatına dair materiallar belə məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanı üzrə məxfiləşdirilməli məlumatlar siyahısını hazırlamış ekspert komissiyası  tərəfindən, bu orqanın rəhbərinin tapşırığı əsasında qiymətləndirilir.  Məlumatın qeyri-qanuni yayılması faktının xidməti təhqiqatına dair materialların daha obyektiv qiymətləndirilməsi məqsədilə ekspert komissiyasının işinə yayılma faktının baş verdiyi dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın  mütəxəssisləri cəlb edilə bilər. Kənar təşkilatın mütəxəssisinin ekspert komissiyasının işinə cəlb edilməsi ekspert komissiyasının təşəbbüsü və həmin təşkilatın rəhbərinin razılığı ilə həyata keçirilir. Ekspert komissiyasının işinə cəlb edilmiş mütəxəssis təhqiqatın nəticəsində marağı olmayan və dövlət sirri ilə işləməyə müvafiq formalı buraxılışı olan şəxs olmalıdır. Ekspert komissiyasının iclasının keçirilmə vaxtı və ekspert komissiyasının işinə cəlb edilməli şəxslər komissiyanın sədri tərəfindən müəyyən edilir. MTN rəhbərliyi tərəfindən müəyyən olunan mütəxəssislər ekspert komissiyasının işində bilavasitə iştirak edə bilərlər. Ekspert komissiyasının iclası dövlət sirrinin texniki kanallarla sızmasının istisna edildiyi otaqda keçirilməlidir.  Ekspert  komissiyasının iclasının təşkilində dövlət hakimiyyəti orqanının dövlət sirrinin mühafizəsi üzrə bölməsi iştirak edir və iclas zamanı dövlət sirrinin mühafizəsinə görə məsuliyyət daşıyır.

Məlumatın qeyri-qanuni yayılması faktının xidməti təhqiqatına dair materialın qiymətləndirilməsi aşağıdakıları nəzərdə tutur:

- qeyri-qanuni yayılmış məlumatın dövlət sirri təşkil etməsi və məxfilik dərəcəsi haqqında ekspert rəyinin, habelə təhqiqat komissiyası tərəfindən müəyyən edilmiş ziyanın obyektivliyinin qiymətləndirilməsini;

- məlumatın qeyri-qanuni yayılması faktının baş verdiyi təşkilatda dövlət sirrinin mühafizəsi sisteminin effektivliyinin artırılması istiqamətində görülən tədbirlərin yetərliliyinin qiymətləndirilməsini.

Qeyri-qanuni yayılmış məlumatın dövlət sirri təşkil etməsi və məxfilik dərəcəsi haqqında ekspert rəyinin obyektivliyi qiymətləndirilərkən aşağıdakılara diqqət yetirilməlidir:

- məlumat məxfiləşdirilərkən Azərbaycan Respublikasının "Dövlət sirri haqqında" qanunu ilə müəyyən edilmiş prinsiplərə əməl edilib-edilmədiyinə;

- məlumatın daşıyıcısında "Dövlət sirri haqqında" qanunla müəyyən edilmiş rekvizitlərin qoyulub-qoyulmadığına, o cümlədən məlumatın məxfiliyinin açılması tarixinin və ya şərtinin, yaxud buna səbəb ola biləcək hadisənin müəyyən edilib-edilmədiyinə;

- məlumatın məxfiləşdirilməsinin əsaslığının və əvvəllər verilmiş məxfilik dərəcəsinə uyğunluğunun "Dövlət sirri haqqında" Qanunla müəyyən edilmiş müddətdə yoxlanılıb-yoxlanılmadığına.

Məlumatın qeyri-qanuni yayılması nəticəsində vurulmuş ziyan Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 249 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Məlumatların dövlət sirrinə aid edilməsi Qaydaları"na uyğun olaraq hazırlanmış normativ-metodik sənədə əsasən müəyyən edilir. Ekspert komissiyası yayılmış məlumatın dövlət sirri təşkil etməsinə və məxfilik dərəcəsinə dair ekspert rəyi ilə, yaxud təhqiqat komissiyasının müəyyən etdiyi ziyanla razı olmadıqda, məsələyə ekspert komissiyası tərəfindən yenidən baxılır. Bu halda yayılmış məlumatın dövlət sirri təşkil etməsinə və məxfilik dərəcəsinə dair ekspert rəyinin hazırlanmasını, habelə vurulmuş ziyanın müəyyənləşdirilməsini ekspert komissiyası həyata keçirir. Dövlət sirrinin qeyri-qanuni yayılması faktının xidməti təhqiqatına dair materialların qiymətləndirilməsi ilə bağlı işlərin baxılması və həll edilməsi zamanı meydana çıxan bütün məsələlər ekspert komissiyası üzvlərinin səs çoxluğu ilə həll edilir. Əksəriyyətin qəbul etdiyi qərarla razılaşmayan ekspert komissiyasının üzvü öz rəyini yazılı şəkildə bildirə bilər və rəy işə əlavə olunur. "Dövlət sirri haqqında" qanuna əsasən  məlumatın qeyri-qanuni yayılması bütövlükdə Azərbaycan Respublikasının və ya mərkəzi icra hakimiyyəti orqanının mənafeyinə ziyan vurmaqla nəticələndikdə, fakt üzrə materiallara Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyada baxılır. Belə məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar İdarələrarası Komissiyanın rəyi nəzərə alınmaqla qəbul edilir. Məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar ekspert komissiyası tərəfindən hazırlanır və yayılmış məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən imzalanır. Qərar məlumatın qeyri-qanuni yayılması faktının xidməti təhqiqatına dair materialların belə işlər üzrə istintaqı həyata keçirən orqana - Milli Təhlükəsizlik Nazirliyinə göndərilməsini, dövlət sirrinin mühafizəsi sisteminin təkmilləşdirilməsi üzrə tapşırıqları, qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri daxilində təqsirli şəxslər barədə məsuliyyət tədbirlərini,  məxfiləşdirilməli məlumatların siyahısına dəyişikliklər edilməsini əhatə edir.

Materialların istintaq orqanına göndərilməsi barədə qərar yayılmış məlumatın dövlət sirri təşkil etdiyi ekspert rəyi ilə təsdiq edildikdə qəbul edilir. Məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar faktın xidməti təhqiqatına dair materialların dövlət hakimiyyəti orqanına daxil olduğu vaxtdan 15 gün müddətinə qəbul edilməlidir. Məlumatın qeyri-qanuni yayılması belə məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanı üzrə məxfiləşdirilməli məlumatlar siyahısına dəyişikliklər edilməsi zərurəti yaradarsa, göstərilən siyahıya qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişiklik edilir. Məlumatın qeyri-qanuni yayılması faktı istintaq orqanı tərəfindən aşkar edildiyi halda, bu orqan qeyri-qanuni yayılma faktına bilavasitə aidiyyəti olan materialları da əlavə etməklə, həmin məlumatın dövlət sirri təşkil edib-etməməsi, məxfilik dərəcəsi və vura biləcəyi ziyan barədə rəyin verilməsi üçün bu məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanına sorğu etməlidir.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

II və III ixtisas qruplarının imtahanın nəticələri elan ediləcək

30 Aprel 2017 23:06

Teleaparıcı İnstagram-ın "ən gözəl anası" oldu - FOTO

30 Aprel 2017 23:05

Xolesterinə nəzarətin dərmansız üsulu

30 Aprel 2017 23:05

“Avropa Osmanlının intiqamını almaq üçün…” – Osman Öcalandan etiraf

30 Aprel 2017 23:05

Volkswagen-dən yeni sedan - FOTO

30 Aprel 2017 23:05

Ərəblər bunu da etdi - Bundan sonra komputerdə...

30 Aprel 2017 22:58

Dünyanın seks xəritəsi: ən şəhvətli millət haradadır? - FOTO

30 Aprel 2017 22:57

Mömin qadının ailəsi cahildirsə, onların təsirindən necə qorunsun?

30 Aprel 2017 22:57

Bu bürcləri fəlakət gözləyir - astroloqdan proqnoz

30 Aprel 2017 22:57

Səudiyyə Ərəbistanının iqtisadiyyat nazirinin müavini: "Merkel "bütün səudiyyə qadınları üçün örnəkdir"

30 Aprel 2017 22:57

Bu görüntülər dünyanı heyrətə saldı

30 Aprel 2017 22:53

Adlar taleyə təsir edir?

30 Aprel 2017 22:52

Tramp 100 illik ənənəni pozub

30 Aprel 2017 22:50

Türkiyədə zəlzələ

30 Aprel 2017 22:49

İmmun sistemini necə gücləndirək?

30 Aprel 2017 22:47

Yumurta sarısının üstündəki ağ selik nədir?

30 Aprel 2017 22:42

Bu qız dodaqları ilə insanları təəccübləndirir - FOTO

30 Aprel 2017 22:42

"Avtoşluq" etmək istədi, qəza törətdi

30 Aprel 2017 22:38

Goranboyda qəza: 1 yaralı

30 Aprel 2017 22:37

Peyğəmbərin risaləti və Quran cinlərə də şamil edilir?

30 Aprel 2017 22:37

Ölüb dirilən uşağın İNANILMAZ NİTQİ: "İsanın ovucunda qırmızı..."

30 Aprel 2017 22:34

Castin Biberin sabiq sevgilisi çimərlikdə - FOTO

30 Aprel 2017 22:32

Liftdə qalan Bakı sakini

30 Aprel 2017 22:28

Brabus kabrioletin yeni versiyası - FOTO

30 Aprel 2017 22:27

Hadisə bir həftəyə 800 min xərclədi - FOTO

30 Aprel 2017 22:22

Kənan vilasını 5 dəfə baha satdı - FOTO

30 Aprel 2017 22:22

Radiasiyadan qoruyan qidalar

30 Aprel 2017 22:22

Kibariye Bakıda - FOTO

30 Aprel 2017 22:22

Ukraynada atışma: 1 hərbçi öldü, 6-sı yaralandı

30 Aprel 2017 22:18

Özünü digər insanlardan böyük görən xar olar

30 Aprel 2017 22:17

“Azərbaycan xalçaları” jurnalının 22-ci sayı nəşr olunub

30 Aprel 2017 22:12

Yeni Lexus LS - FOTO

30 Aprel 2017 22:12

Bakıda mənzildə meyit tapılıb

30 Aprel 2017 22:12

Gəncədə qadın yolda vuruldu

30 Aprel 2017 22:12

Çuğundur şirəsi beyin üçün cavanlıq iksiridir

30 Aprel 2017 22:12

Zərdabda 32 yaşlı kişi bıçaqlanıb

30 Aprel 2017 22:12

Bakı sakini toyda bıçaqlandı

30 Aprel 2017 22:09

Televiziya rəhbəri öldürüldü

30 Aprel 2017 22:08

“Türk milləti bu kağız parçasını qəbul etməz" - Musa Qasımlı

30 Aprel 2017 22:05

Çimərlikdə də papağı başından çıxarmadı - FOTO

30 Aprel 2017 22:05

Qazaxda qəza - 9 yaşlı uşaq xəsarət aldı

30 Aprel 2017 22:04

Bakıda bəy toy günü faciəvi şəkildə öldü

30 Aprel 2017 22:04

Qadın sürücü qəza törətdi, qəsəbə işıqsız qaldı - FOTOLAR

30 Aprel 2017 22:03

Şəhriyar Məmmədyarov ardıcıl ikinci dəfə "ShamkirChess"in qalibi olub

30 Aprel 2017 22:02

Quran kitabını oxuyarkən dəstəmaz almalıyıqmı?

30 Aprel 2017 21:57

Mənzildə meyit tapılıb

30 Aprel 2017 21:55

Sevgilisi tərəfindən döyüldü, bütün görüntüləri çəkdi

30 Aprel 2017 21:54

Uşağa Allahın adlarını qoymaq olar?

30 Aprel 2017 21:52

Bakıda lift qırıldı - Bəy toy günü öldü - VİDEO

30 Aprel 2017 21:48

Quranın xeyməsi sayılan surə

30 Aprel 2017 21:47