İlin əvvəlindən 5100-ə yaxın sahibkara 211,7 milyon manat güzəştli kredit verilib

İlin əvvəlindən 5100-ə yaxın sahibkara 211,7 milyon manat güzəştli kredit verilib
15:28 3 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
2015-ci ilin ötən dövründə 5 min 100-ə yaxın sahibkara 211,7 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 11 min 600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
AZƏRTAC xəbər verir ki, bu barədə Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev bildirib.
"Ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 11 min 700-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 466 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması sahələri üzrə investisiya layihələri maliyyələşdirilib", - deyə icraçı direktor qeyd edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ilin_evvelinden_5100_e_yaxin_sahibkara_2117_milyon_manat_guzestli_kredit_verilib-907896

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR