İspaniya Kral Kubokunda mübarizə davam edir.
1/16 final mərhələsi çərçivəsində "Barselona" "Vilyanovense"ni qəbul edib. İlk görüşdə qapılara qol vurulmadığından cavab görüşü "Kamp Nou"da keçirilib. Oyun gözlənildiyi kimi, "Barselona"nın üstünlüyü şəraitində keçib. Nəticədə rəqibini 6:1 hesabı ilə darmadağın edən "blauqrana" 1/8 finala yüksəlib.
"Barselona" - "Vilyanovense" - 6:1
Qollar: Alveş, 4, Ramires, 21; 31; 69, Munir, 51; 77 - Xuanfran, 29
Oyunun video icmalını təqdim edirik: