Mədət Quliyev dövlət sirri ilə bağlı yeni qaydanı təsdiq etdi

Mədət Quliyev dövlət sirri ilə bağlı yeni qaydanı təsdiq etdi
15:33 3 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən general-leytenant Mədət Quliyev “Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərarın qəbul edilməsi Qaydası”nı təsdiq edib.

Trend-in məlumatına görə, dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar bu Qaydaya uyğun olaraq qəbul edilir.

Qaydada qeyd olunur ki, dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar belə məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanı tərəfindən qəbul edilir.

Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanları və onların sərəncamına verilmiş məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı” ilə müəyyənləşdirilir.

Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar bu faktın xidməti təhqiqatına dair materialların qiymətləndirilməsi yolu ilə qəbul edilir. Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə xidməti təhqiqatın aparılması, nəticəsinə dair materialların hazırlanması və təqdim edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması üzrə ekspert rəyinin hazırlanması və təsdiq edilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir.

Dövlət sirri təşkil edən məlumatın (bundan sonra – məlumat) qeyri-qanuni yayılması faktının xidməti təhqiqatına dair materiallar belə məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanı üzrə məxfiləşdirilməli məlumatlar siyahısını hazırlamış ekspert komissiyası (bundan sonra – ekspert komissiyası) tərəfindən, bu orqanın rəhbərinin tapşırığı əsasında qiymətləndirilir.

Məlumatın qeyri-qanuni yayılması faktının xidməti təhqiqatına dair materialların daha obyektiv qiymətləndirilməsi məqsədilə ekspert komissiyasının işinə yayılma faktının baş verdiyi dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra – təşkilat) mütəxəssisləri cəlb edilə bilər.

Kənar təşkilatın mütəxəssisinin ekspert komissiyasının işinə cəlb edilməsi ekspert komissiyasının təşəbbüsü və həmin təşkilatın rəhbərinin razılığı ilə həyata keçirilir.

Ekspert komissiyasının işinə cəlb edilmiş mütəxəssis təhqiqatın nəticəsində marağı olmayan və dövlət sirri ilə işləməyə müvafiq formalı buraxılışı olan şəxs olmalıdır. Ekspert komissiyasının iclasının keçirilmə vaxtı və ekspert komissiyasının işinə cəlb edilməli şəxslər komissiyanın sədri tərəfindən müəyyən edilir. Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi tərəfindən müəyyən olunan mütəxəssislər ekspert komissiyasının işində bilavasitə iştirak edə bilərlər.

Ekspert komissiyasının iclası dövlət sirrinin texniki kanallarla sızmasının istisna edildiyi otaqda keçirilməlidir. Ekspert komissiyasının iclasının təşkilində dövlət hakimiyyəti orqanının dövlət sirrinin mühafizəsi üzrə bölməsi iştirak edir və iclas zamanı dövlət sirrinin mühafizəsinə görə məsuliyyət daşıyır.

Məlumatın qeyri-qanuni yayılması faktının xidməti təhqiqatına dair materialın qiymətləndirilməsi aşağıdakıları nəzərdə tutur:

- qeyri-qanuni yayılmış məlumatın dövlət sirri təşkil etməsi və məxfilik dərəcəsi haqqında ekspert rəyinin, habelə təhqiqat komissiyası tərəfindən müəyyən edilmiş ziyanın obyektivliyinin qiymətləndirilməsini;

- məlumatın qeyri-qanuni yayılması faktının baş verdiyi təşkilatda dövlət sirrinin mühafizəsi sisteminin effektivliyinin artırılması istiqamətində görülən tədbirlərin yetərliliyinin qiymətləndirilməsini.

Qeyri-qanuni yayılmış məlumatın dövlət sirri təşkil etməsi və məxfilik dərəcəsi haqqında ekspert rəyinin obyektivliyi qiymətləndirilərkən aşağıdakılara diqqət yetirilməlidir:

- məlumat məxfiləşdirilərkən Azərbaycan Respublikasının “Dövlət sirri haqqında” Qanunu ilə (bundan sonra - “Dövlət sirri haqqında” Qanunla) müəyyən edilmiş prinsiplərə əməl edilib-edilmədiyinə;

- məlumatın daşıyıcısında “Dövlət sirri haqqında” Qanunla müəyyən edilmiş rekvizitlərin qoyulub-qoyulmadığına, o cümlədən məlumatın məxfiliyinin açılması tarixinin və ya şərtinin, yaxud buna səbəb ola biləcək hadisənin müəyyən edilib-edilmədiyinə;

- məlumatın məxfiləşdirilməsinin əsaslığının və əvvəllər verilmiş məxfilik dərəcəsinə uyğunluğunun “Dövlət sirri haqqında” Qanunla müəyyən edilmiş müddətdə yoxlanılıb-yoxlanılmadığına.

Məlumatın qeyri-qanuni yayılması nəticəsində vurulmuş ziyan Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 249 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Məlumatların dövlət sirrinə aid edilməsi Qaydaları”na uyğun olaraq hazırlanmış normativ-metodik sənədə əsasən müəyyən edilir.

Ekspert komissiyası yayılmış məlumatın dövlət sirri təşkil etməsinə və məxfilik dərəcəsinə dair ekspert rəyi ilə, yaxud təhqiqat komissiyasının müəyyən etdiyi ziyanla razı olmadıqda, məsələyə ekspert komissiyası tərəfindən yenidən baxılır. Bu halda yayılmış məlumatın dövlət sirri təşkil etməsinə və məxfilik dərəcəsinə dair ekspert rəyinin hazırlanmasını, habelə vurulmuş ziyanın müəyyənləşdirilməsini ekspert komissiyası həyata keçirir.

Dövlət sirrinin qeyri-qanuni yayılması faktının xidməti təhqiqatına dair materialların qiymətləndirilməsi ilə bağlı işlərin baxılması və həll edilməsi zamanı meydana çıxan bütün məsələlər ekspert komissiyası üzvlərinin səs çoxluğu ilə həll edilir. Əksəriyyətin qəbul etdiyi qərarla razılaşmayan ekspert komissiyasının üzvü öz rəyini yazılı şəkildə bildirə bilər və rəy işə əlavə olunur.

“Dövlət sirri haqqında” Qanuna əsasən məlumatın qeyri-qanuni yayılması bütövlükdə Azərbaycan Respublikasının və ya mərkəzi icra hakimiyyəti orqanının mənafeyinə ziyan vurmaqla nəticələndikdə, fakt üzrə materiallara Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyada (bundan sonra – İdarələrarası Komissiya) baxılır. Belə məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar İdarələrarası Komissiyanın rəyi nəzərə alınmaqla qəbul edilir.

Məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar ekspert komissiyası tərəfindən hazırlanır və yayılmış məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən imzalanır.

Qərar aşağıdakı məsələləri əhatə edir:

- məlumatın qeyri-qanuni yayılması faktının xidməti təhqiqatına dair materialların belə işlər üzrə istintaqı həyata keçirən orqana – Milli Təhlükəsizlik Nazirliyinə (bundan sonra – istintaq orqanı) göndərilməsini;

- dövlət sirrinin mühafizəsi sisteminin təkmilləşdirilməsi üzrə tapşırıqları;

- qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri daxilində təqsirli şəxslər barədə məsuliyyət tədbirlərini;

- məxfiləşdirilməli məlumatların siyahısına dəyişikliklər edilməsini.

Materialların istintaq orqanına göndərilməsi barədə qərar yayılmış məlumatın dövlət sirri təşkil etdiyi ekspert rəyi ilə təsdiq edildikdə qəbul edilir. Məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar faktın xidməti təhqiqatına dair materialların dövlət hakimiyyəti orqanına daxil olduğu vaxtdan 15 gün müddətinə qəbul edilməlidir.

Məlumatın qeyri-qanuni yayılması belə məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanı üzrə məxfiləşdirilməli məlumatlar siyahısına dəyişikliklər edilməsi zərurəti yaradarsa, göstərilən siyahıya qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişiklik edilir. Məlumatın qeyri-qanuni yayılması faktı istintaq orqanı tərəfindən aşkar edildiyi halda, bu orqan qeyri-qanuni yayılma faktına bilavasitə aidiyyəti olan materialları da əlavə etməklə, həmin məlumatın dövlət sirri təşkil edib-etməməsi, məxfilik dərəcəsi və vura biləcəyi ziyan barədə rəyin verilməsi üçün bu məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanına sorğu etməlidir.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Saç tökülməsinin qarşısını alır

17 Avqust 2017 12:08

Yaponiyada hərbi helikopter qəzaya uğrayıb

17 Avqust 2017 12:07

Müqəddəs cizgi: şanlı yolun tarixçəsi

17 Avqust 2017 12:04

Xəstəxanaya silahlı hücum: 7 ölü

17 Avqust 2017 12:03

Talassemiya Mərkəzi ilə bağlı yeni

17 Avqust 2017 11:59

Bakıda müəllimlər üçün ixtisasartırma proqramı təşkil ediləcək

17 Avqust 2017 11:57

"Neftçi"nin sabiq hücumçusu Malta klubunda

17 Avqust 2017 11:57

Türkmənistanın keçmiş prezidentinin təhlükəsizlik xidmətinin rəisi həbsxananda ölüb

17 Avqust 2017 11:57

II turun oyun proqramı

17 Avqust 2017 11:57

Hakerlərin çılpaq şəkillərini yaydığı MƏŞHURLAR

17 Avqust 2017 11:53

MTRŞ sədri narazı olduğu televiziya verilişlərinin adlarını açıqlayıb

17 Avqust 2017 11:52

Arzu Rəhimov Şamaxıda vətəndaşları qəbul edib

17 Avqust 2017 11:52

Bu da Nuranın “İphone 7” ilə çəkilən klipi – VİDEO

17 Avqust 2017 11:48

BFB-nin cari dövriyyəsi ötən ilin məcmu dövriyyəsini üstələyib

17 Avqust 2017 11:47

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 14% artıb

17 Avqust 2017 11:47

Əfran üçün…

17 Avqust 2017 11:47

"Bu qrupların Azərbaycanda dayaq tapması mümkünsüzdür"

17 Avqust 2017 11:44

Niderlandda radiostansiyaya hücum: girovlar var - FOTO

17 Avqust 2017 11:43

Tanınmış amerikalı basketbolçu vəfat edib

17 Avqust 2017 11:42

Taksilərdə radikal dini təbliğat gedir

17 Avqust 2017 11:39

“Motorola” şirkəti özü bərpa olan ekrana malik smartfonu patentləyib

17 Avqust 2017 11:35

SENSASİYA: Ateist alimdən Allahın varlığı ilə bağlı İNANILMAZ ETİRAF

17 Avqust 2017 11:33

KİV: Hollandiyada yerli radiostansiya binasında insanlar girov götürülüblər

17 Avqust 2017 11:32

Dövlət İmtahan Mərkəzindən XƏBƏRDARLIQ!

17 Avqust 2017 11:30

Dünyanın lideri dəyişir: Ağ Ev 25 illik müharibənin nəticəsini AÇIQLADI

17 Avqust 2017 11:28

DƏHŞƏT: Bu ölkədə hər 4 saatdan bir 1 nəfər edam olunur

17 Avqust 2017 11:26

“Kopenhagen”in futbolçusu əməliyyat olundu

17 Avqust 2017 11:24

Samirə Allahverdiyeva və "Tin uşaqları" qrupu Fəvvarələr meydanında konsert verəcəklər

17 Avqust 2017 11:22

Azərbaycan gömrükçüləri 39 ədəd mobil telefon müsadirə edib

17 Avqust 2017 11:22

Bakıda bacı və qardaşı öldürən şəxsin məhkəməsi başlayıb

17 Avqust 2017 11:22

Bakıda həbsxanada dava: məhkumlar bir-birini döydü

17 Avqust 2017 11:19

Komaya düşən Elçin Əlibəyli əməliyyatdan sonra: “Heç nədən xəbərim olmayıb”

17 Avqust 2017 11:18

Rusiyada azərbaycanlı qısqanclıq zəminində ermənini ölümcül döyüb

17 Avqust 2017 11:17

Yunanıstanda meşə yanğını

17 Avqust 2017 11:14

“Neft Daşları”ndakı 1778 saylı meydança əsaslı təmir edilib

17 Avqust 2017 11:07

ABŞ-da Linkolnın heykəlinə HÜCUM - FOTO

17 Avqust 2017 11:03

"WhatsApp"dan elə bir funksiya gəlir ki...

17 Avqust 2017 11:03

"Nardaran işi" üzrə təqsirləndirilən sonuncu şəxslərin məhkəməsi təxirə salınıb

17 Avqust 2017 11:02

Vidadi Zeynalov apellyasiya şikayəti verib

17 Avqust 2017 11:02

Magistrların qeydiyyatı bu gündən başlayır

17 Avqust 2017 10:59

Ağdaşda arvadını döyən kişinin qulağını kəsiblər

17 Avqust 2017 10:57

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı davam edir

17 Avqust 2017 10:57

"Qəbələ" "Qalatasaray"la oynayacaq - TARİX

17 Avqust 2017 10:54

DİM-dən XƏBƏRDARLIQ: İxtisas seçimini başqalarına həvalə etməyin

17 Avqust 2017 10:53

Yemiş tumunun İNANILMAZ FAYDALARI

17 Avqust 2017 10:48

Xəzər iki gənci uddu: birinin 19 yaşı var...

17 Avqust 2017 10:44

Leysan yağışlar İstanbulu bu hala saldı

17 Avqust 2017 10:44

ABŞ-ın təlimatı ilə bütün cəbhələrdə... - Türkiyəyə müharibə ELAN ETDİLƏR

17 Avqust 2017 10:43

DİM: Mərkəzin adından süni şəkildə istifadə edən “ekspertlər” özlərini reklam edirlər

17 Avqust 2017 10:42

Maqomayevin Moskvadakı heykəlinin müəllifi: "Müslüm həyata parlaq emosional münasibəti olan adam idi"

17 Avqust 2017 10:42