“Dənizin ürəyində” və “Casus körpüsü” filmləri Nizami Kino Mərkəzinin ekranında

“Dənizin ürəyində” və “Casus körpüsü” filmləri Nizami Kino Mərkəzinin ekranında
15:33 3 Dekabr 2015
217 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Nizami Kino Mərkəzində dekabrın 3-dən etibarən ABŞ-ın 3D formatda çəkilmiş “Dənizin ürəyində” və ABŞ, Hindistan və Almaniyanın birgə istehsalı olan “Casus körpüsü” filmlərinin nümayişinə başlanıb.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Dənizin ürəyində” filmini Çarlz Livvit və Rik Caffanın ssenarisi əsasında rejissor Ron Xovvard döyüş, triller, tarixi–bioqrafik dram və macəra janrında çəkib. 1819–cu ildə Amerika gəmisi “Esseks” göyərtəsində 20 nəfərdən artıq komanda ilə Massaçusets limanından balina vətəgələrinə yol alır. 1820–cı ilin payızına qədər davam edən uğurlu ov, nəhəng dişli balinanın hücumu nəticəsində yarıda qalır. Dənizçilər məcbur qalıb qayıqlara enirlər. Üç aydan artıq onlar okeanın ortasında sağ qalmaq üçün mücadilə aparırlar.
Filmdəki rollara Kris Hemsvort, Ben Uişou, Killian Merfi, Tom Holland,Şarlotta Rayli, Brendan Qlison, Frenk Dilleyn, Pol Anderson, Bendjamin Uoker, Mişel Feyrli və başqa aktyorlar çəkilib.
Məşhur rejissor Stiven Spilberqin Mett Çarmanın ssenarisi əsasında çəkdiyi “Casus körpüsü” filmi də triller, tarixi-bioqrafik dram janrındadır. Real tarixi hadisələr üzərində qurulmuş film bruklinli vəkil Ceyms Donovandan bəhs edir. Soyuq müharibənin episentrinə düşən vəkil, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsindən həlli mümkün olmayan tapşırıq alır. O, SSRİ–da tutulmuş U2 Amerika casus təyyarənin pilotunun qaytarılması barədə əks tərəflə danışıqlar aparmalıdır.
Filmdə baş rolları Tom Henks, Mark Raylens, Emi Rayan, Alan Alda, Ostin Stouell, Skott Şeperd, Cessi Plemons, Domenik Lombardozzi, Sebastyan Kox, İv Xyuson və başqa aktyorlar canlandırıblar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Denizin_ureyinde_ve_Casus_korpusu_filmleri_Nizami_Kino_Merkezinin_ekraninda-907898

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR