Hindistan: daşqınlar nəticəsində həyatını itirənlərin sayı 260 nəfəri ötüb

Hindistan: daşqınlar nəticəsində həyatını itirənlərin sayı 260 nəfəri ötüb
15:38 3 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Hindistanın daxili işlər naziri Racnatx Sinqx yerli NDTV telekanalının efirində çıxış edərkən ölkənin cənubunda baş verən daşqınlar nəticəsində həyatını itirənlərin sayının 260 nəfəri keçdiyini bildirib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, təbii fəlakətlə əlaqədar Çennai şəhərindəki beynəlxalq hava limanı fəaliyyətini bazar gününədək dayandırıb. Hazırda şəhərdən 70 kilometr aralıda yerləşən hərbi-dəniz aviasiya bazası kommersiya uçuşları üçün istifadə olunur.
Regiondakı yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində problemlər yaranıb.
Hindistan hökumətinin rəsmi məlumatına əsasən, təbii fəlakət zonasında 15 xilasedici dəstə fəaliyyət göstərir. Xilasedicilərə, həmçinin Hindistan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 və 5 ədəd “Chetak” helikopteri yardım edir. Bundan başqa, əraziyə Bxubaneşvara və Nyu-Delidən daha 7 xilasetmə dəstəsi cəlb olunacaq.
Xatırladaq ki, noyabrın 9-da Benqal körfəzinın Tamilandu sahilləri aşağı atmosfer təzyiqi sahəsinın təsiri altına düşüb. Nəticədə aramsız yağan leysan yağışları güclü daşqınlara səbəb olub. Sinoptiklərin proqnozuna görə, yağışlar yaxın 2-3 gün ərzində də davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hindistan_dasqinlar_neticesinde_heyatini_itirenlerin_sayi_260_neferi_otub-907903

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR