Daha iki küçə təmir olunaraq sürücülərin ixtiyarına verilib VİDEO

Daha iki küçə təmir olunaraq sürücülərin ixtiyarına verilib   VİDEO
15:43 3 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Bakının Binəqədi rayonunda yerləşən Ağasadıq Gəraybəyli və Səttar Bəhlulzadə küçələri təmir edilərək tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
“Azəryolservis” ASC-dən AZƏRTAC-a bildirilib ki, Ziya Bünyadov prospekti və Cəfər Xəndan küçələri arasında yerləşən Ağasadıq Gəraybəyli küçəsinin uzunluğu 600 metr, ortalama eni isə 20 metrdir. Köhnə asfalt-beton örtüyünün əvəzinə 2 qat olmaqla ümumilikdə küçənin 12 min 845 kvadrat metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılıb.
Küçə boyu zəruri olan yerlərdə təqribən 980 paqonmetr yeni səki daşı düzülüb. Bundan başqa təmir işləri çərçivəsində kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da dəyişdirilib.
Analoji işlər Səttar Bəhlulzadə küçəsində də aparılıb. Təmir-tikinti işləri küçənin Atatürk prospekti və Ağasadıq Gəraybəyli küçələri arasında yerləşən hissəsində aparılıb. Bu ərazinin ümumi uzunluğu 350 metr, ortalama eni isə 18 metrdir. Sözügedən ərazidə 500 paqonmetr köhnə səki daşı yeniləri ilə əvəzlənib. Küçənin 6000 kvadratmetr əraziyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.
Sözügedən küçələrdə təmir-tikinti işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, köhnə yeraltı kommunikasiya xətləri ( su, istilik, qaz, elektrik və rabitə ) yeniləri ilə əvəzlənib, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb. Kompleks şəkildə görülən işlər gələcəkdə yolun hərəkət hissəsinin vaxtından əvvəl sıradan çıxmasını sığortalamış olacaq.
Hər iki küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb, işıqlandırma sistemləri işlək vəziyyətə gətirilib.
Qeyd edək ki, 2015-ci ilin əvvəlindən indiyə qədər 40-dan artıq belə küçə təmir olunub.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Daha_iki_kuche_temir_olunaraq_suruculerin_ixtiyarina_verilib_VIDEO-907904

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR