Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şimal bölgəsinə qar yağdı

Şimal bölgəsinə qar yağdı

Date: 3 December 2015 15:47

Bu gün saat 11 radələrindən şimal rayonlarına qar yağmağa başlayıb.

Anspress-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadakı ərazi hidrometeorologiya müəssisəsindən aldığı xəbərə görə, rayonun, əsasən, dağ kəndlərinə qar yağmağa başlayıb.

Hazırda Qusarın Ləzə, Qubanın Xınalıq, Qrız kəndlərinə güclü qar yağır. 2 gün əvvəl Qubanın Xınalıq kəndində güclü qasırğa müşahidə olunub. Qasırğadan sonra isə qar yağacağı ilə bağlı səslənən proqnoz özünü doğrultdu. Hazırda şimal bölgəsinə qar yağması davam edir. Sinoptiklər bu cür qarlı havanın hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Bakıda və Abşeron yarımadasında da bu gündən başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, dekabrın 6-dək qeyri-sabit keçəcəyi, arabir yağıntılı, ayrı-ayrı yerlərdə intensiv olacağı barədə xəbərdarlıq edib.

Dekabrın 4-də gecə və səhər yarımadanın bəzi yerlərində yağışın sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək.

Milli.Az


Tags:  Şimal bölgəsinə qar yağdı


RƏYLƏR


Top news