Şamaxıda qeyri-adi hadisə

Şamaxıda qeyri-adi hadisə
15:52 3 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Şamaxıda qeyri-adi hadisə yaşanıb. Qoyunlardan birinin dünyaya gətirdiyi balanın beşayaqlı olması görənlərin təəccübünə səbəb olub.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Şamaxıda qeyri-adi quzu Qışlaq adlanan ərazidə Hacişirinbala Şirinovun təsərrüfatında dünyaya gəlib.

Təsərrüfat sahibi səhər saatlarından sürünü örüşə apararkən bir neçə qoyunun bala verdiyini deyir. Quzulardan biri isə onun diqqətini çəkib. Öz qeyri-adiliyi ilə fərqlənən balanın 5 ayaqlı olduğunu görəndə gözlərinə inanmayıb.

Sağlamlığı qaydasında olan balanın beşinci ayağının digər ayaqlardan qısa olması onun yeriməyi üçün çətinlik yaradır. Belə ki, quzu çox qaça bilmir və tez yorulur.

Çobanlar belə hadisə ilə ilk dəfədir ki rastlaşdıqlarını deyirlər. 2 gün öncə dünyaya gələn quzunun qidalanması normaldır. Hazırda anasının südü ilə qidalanan bala hələlik sürüyə qatılmayıb. Ancaq bir neçə gündən sonra onun digər heyvanlarla örüşə getməyində heç bir problem olmayacaq. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/video/387311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR