Görkəmli kinorejissor Nikita Mixalkov Dövlət Film Fondunda olub

Görkəmli kinorejissor Nikita Mixalkov Dövlət Film Fondunda olub
15:53 3 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor, aktyor, ssenarist, Rusiyanın Xalq Artisti Nikita Mixalkov Dövlət Film Fondunda olub.
Dövlət Film Fondundan AZƏRTAC-a bildirilib ki, fondun təşkilatçılığı ilə görkəmli kinorejissorla Azərbaycanın gənc aktyorlarının və kinorejissorlarının görüş təşkil olunub. Görüşdə, həmçinin Nikita Mixalkov tərəfindən ustad dərsləri keçirilib. Ustad dərslərində film çəkiliş qayda və təcrübəsindən danışılaraq aktyorları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Kann, Venesiya kimi dünyanın nüfuzlu kino festivallarının qalibi, “Oskar” mükafatı laureatı Nikita Mixalkov bir çox filmlərin rejissoru, ssenaristi, baş prodüseri və bədii rəhbəridir.
Qeyd edək ki, dekabrın 4-də Heydər Əliyev Sarayında Rusiyanın görkəmli kino xadimi Nikita Mixalkovun 70 illik yubileyi münasibətilə tədbir keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gorkemli_kinorejissor_Nikita_Mixalkov_Dovlet_Film_Fondunda_olub-907911

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR