Əlillərə qayğı mənəvi borcumuzdur

15:53 3 Dekabr 2015
68 Digər
Ölkə mətbuatı
A- A+


Qax, 3 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanda əlillər, sağlamlıq imkanı məhdud insanlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Onların sosial müdafiəsinin gücləndirilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Ölkəmizdə əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası, sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması istiqamətində davamlı iş aparılır, müvafiq dövlət proqramları icra olunur.
AZƏRTAC xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi, Qax rayonunda da əlillərin cəmiyyətə inteqrasiyasına, sağlamlıqlarının bərpasına və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Hazırda rayonda 3139 nəfər əlil yaşayır. Onlardan 986 nəfəri rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində, qalanları isə DSMF-nin rayon şöbəsində qeydiyyata alınıb. Son illər rayonda bu kateqoriyadan olan şəxslər üçün 68 mənzilli 3 yaşayış binası, həmçinin 5 fərdi ev tikilib istifadəyə verilib. Hazırda əlil və şəhid ailələri üçün daha 4 fərdi evin tikintisi davam etdirilir.
Beynəlxalq Əlillər Günü münasibətilə dekabrın 3-də rayon rəhbərliyi və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları qayğıya daha çox ehtiyacı olan əlillərə baş çəkib, onların yaşayış şəraiti ilə maraqlanıb, gətirdikləri bayram sovqatını təqdim ediblər. Tədbir çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və rayon icra hakimiyyəti tərəfindən ümumilikdə 150-dən çox əlilə maddi yardım və bayram sovqatı çatdırılıb.
Beynəlxalq Əlillər Günü ilə əlaqədar Qax Günərzi Qayğı Mərkəzində də tədbir keçirilib. Dəvət olunan qonaqlar əvvəlcə uşaqların hazırladıqları rəngarəng konsert proqramını izləyiblər. Tədbirin sonunda Mərkəzdə tərbiyə alan 30 uşağa rayon icra hakimiyyəti tərəfindən hədiyyələr verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Alillere_qaygi_menevi_borcumuzdur-907910

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR