“Kaspi” liseyində yığılan tullantılar “Təmiz Şəhər” ASC-yə təhvil veriləcək

“Kaspi” liseyində yığılan tullantılar “Təmiz Şəhər” ASC-yə təhvil veriləcək
15:58 3 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
“Təmiz Şəhər” ASC və “Kaspi” liseyi təkrar emal sahəsində əməkdaşlığa başlayıb. Liseyin müxtəlif filiallarında toplanan kağız, şüşə və ya plastik butulkalar təkrar emal üçün “Təmiz Şəhər”ə təhvil veriləcək.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 3-də “Kaspi”də tərəflərin iştirakı ilə layihənin təqdimatı keçirilib.
Razılaşmaya əsasən, liseydə əşyalardan maksimum dərəcədə qənaətlə istifadə ediləcək, materiallar çapa verilərkən mümkün qədər vərəqlərin hər iki üzündən istifadə olunacaq. Lazımsız makulatura, plastik və şüşə materiallar digər tullantılarla eyni qablara yox, “Təmiz Şəhər” ASC-in burada yerləşdirdiyi ayrıca konteynerlərə atılacaq. Həmin qutular dolduqca daşınaraq təkrar emal üçün Balaxanıda yerləşən tullantı zavodlarına aparılacaq.
Layihənin məqsədi yaşıllıqların qorumaq, ağacların kəsilməsinin qarşısını almaq, ətraf mühitin mühafizəsinə dəstək olmaqdır. Çünki 1 ton kağız hazırlanması üçün təxminən 17 ədəd ağac kəsilir. Bu layihə liseyin bütün filiallarında kağız istifadəsini azaldılacaq, əməkdaşları vərəqlərdən faydalı istifadəyə təşviq ediləcək, yenidən istifadə mədəniyyəti təbliğ olunacaq.
Təqdimatdan sonra liseydə qoyulmuş qutulara layihə çərçivəsində yığılmış ilk lazımsız tullantılar atılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kaspi_liseyinde_yigilan_tullantilar_Temiz_Seher_ASC_ye_tehvil_verilecek-907912

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR